Cəmiyyət
Sahibə Qafarova: Fransa regionu yeni təhlükələrə sürükləyir
"Fransa Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi qətnamə qərəzli, qeyri-obyektiv, ədalətsiz aktdır".
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qətnamə çirkin niyyətli olmaqla və ərazi bütövlüyümüzü hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlikdir. “Qətnaməni qəti şəkildə rədd edir və bu addımı siyasi riyakarlıq kimi qiymətləndiririk",- deyə spiker bildirib.
Millət vəkilləri bildiriblər ki, Əlcəzair və Afrikanın digər ərazilərində soyqırımlarına imza atmış bir ölkənin bu gün başqa dövlətləri hərbi təcavüzdə ittiham etməyə haqqı yoxdur.
Qeyd edək ki, plenar iclasda gündəlikdə olan 18 məsələ müzakirə edilib. Müzakirə zamanı millət vəkili Siyavuş Novruzov Naxçıvanda bas verən son proseslərə diqqət çəkib.
"Naxçıvan Muxtar Respublikası Prezidentin, dövlətin, dövlətçiliyin arxasındadır, ona sədaqətlidir",- deyə Siyavuş Novruzov vurğulayıb.
Daha çox xəbər:
Milli Məclisin sabahkı iclası – DEPUTATLAR YENƏ İKİ METR ARALIDA ƏYLƏŞƏCƏKLƏR…
Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnaməni qəbul etdi.
Fransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnaməni qəbul etdi.
Siyavuş Novruzov: Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı
Milli Məclisin plenar iclası başlayıb, Əli Əsədov iclasda iştirak edir
Azərbaycanda millət vəkili 300 min pula görə deputat vəsiqəsini girov qoydu - ŞOK OLAY
Deputatların tələbi ilə plenar iclas onlayn keçiriləcək
Parlamentin idmançı deputatları – SİYAHI
Milli Məclisin yeni sədri kimdir? - TƏRCÜMEYİ-HAL
Naxçıvan Atletika Federasiyasının yeni sədri təqdim olunub