Cəmiyyət
Naxçıvan Atletika Federasiyasının yeni sədri təqdim olunub
Naxçıvan Atletika Federasiyasının yeni sədri təqdim olunub.
Azvision.az -ın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək bildirib ki, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi bu sahənin gələcək inkişaf perspektivləri baxımından ciddi əsaslar yaradır.
Qeyd olunub ki, Naxçıvan idmançıları 2020-ci ilin 6 ayı ərzində keçirilən ölkə birinciliklərində 21, beynəlxalq turnirlərdə 17 olmaqla, ümumilikdə 38 medal qazanıblar.
İclasda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov həm də Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri vəzifəsinə təqdim olunub.
Rəhman Məmmədov çıxışında bildirib ki, muxtar respublikada Atletika federasiyasının əhatə etdiyi idman növlərinin inkişafı üçün zəruri baza vardır. Mövcud şəraitdən səmərəli istifadə ediləcək, federasiyanın əhatə etdiyi idman növləri üzrə kütləviliyin təmin olunmasına nail olunacaq, idmançıların ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin ediləcəkdir.
İclasda Yüngül Atletika Federasiyasının Nizamnaməsində dəyişiklik edilərək “Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası” “Naxçıvan Atletika Federasiyası” kimi təsdiq olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Rayon Ağır Atletika Bölməsi və “Xatun” Bədii Gimnastika İdman Klubu da Federasiyanın tərkibinə daxil edilib.
Sonda iclas iştirakçılarının fikir və təklifləri dinlənilib.
Daha çox xəbər:
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.
Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
Naxçıvanda təbiətə qayğı göstərilir