Siyasət
Milli Məclisin sabahkı iclası – DEPUTATLAR YENƏ İKİ METR ARALIDA ƏYLƏŞƏCƏKLƏR…
Sabah, aprelin 17-də 6-cı çağırış Milli Məclisin (MM) növbəti-6-cı plenar iclası keçiriləcək.
Etikxeber.az-ın xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrlik edəcəyi iclasın gündəliyinə 24 məsələ daxil edilib.
Əsas müzakirə olunacaq məsələ isə bələdiyyələrinin fəaliyyəti ilə bağlı illik hesabat olacaq.
Hesabat məruzəsini yenə Ədliyyə nazirinin müavini, general Vilayət Zahirov təqdim edəcək.
Hesabat dinlənildikdən sonra müzakirələrə başlanılacaq və sonda sənəd səsə qoyularaq, təsdiqlənəcək.
Eyni zamanda, digər 23 məsələ-qanun layihəsi müzakirə ediləcək və səsverməyə çıxarılaraq, qəbul olunacaqlar.
65 yaşdan yuxarı olan millət vəkillərinin də budəfəki iclasa qatılmaları gözlənilir.
Xatırladaq ki, ötən iclasda da spiker S. Qafarova 65 yaşdan yuxarı olanların iclaslarda iştirakına məhdudiyyət qoyulmadığını bildirmişdi.
Onu da xatırladaq ki, koronavirus pandemiyasına və xüsusi karantin rejiminin şərtlərinə görə, son iki iclasa 65 yaşdan yuxarı olan deputatların böyük əksəriyyəti qatılmamışdı.
İclasa qatılan millət vəkilləri yenə əlcəklərdən və tibbi maskalardan istifadə edəcək, bir-birindən iki metr aralıda əyləşəcəklər.
İclas yenə 11:00-da öz işinə başlayacaq.
Daha çox xəbər:
Milli Məclisin plenar iclası başlayıb, Əli Əsədov iclasda iştirak edir
Baş Nazir aprelin 7-də Milli Məclisdə hesabat verəcək
Deputatların tələbi ilə plenar iclas onlayn keçiriləcək
Gələn həftə daha bir qurum parlamentdə hesabat verəcək
YAP İdarə Heyətinin iclası başladı - deputatlığa namizədlər müəyyənləşəcək