Gündəm
Siyavuş Novruzov: Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı
Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı. Bunun nə mətbuatda, nə də parlamentdə müzakirəsinə ehtiyac var. Bu, dünyada baş verən hadisədir, istefa mədəniyyəti hər yerdə var. Deputat Rafael Cəbrayılov tərəfindən də bu addım atılıb.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər:
“Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.
Xatırladaq ki, R.Cəbrayılov deputat mandatından imtina etməsi barədə Milli Məclisə müraciət edib.
Daha çox xəbər:
Baş prokuror: Rafael Cəbrayılovla bağlı məsələ araşdırılacaq
Azərbaycanda millət vəkili 300 min pula görə deputat vəsiqəsini girov qoydu - ŞOK OLAY
Popkorn satan gənc özünə yeni iş tapdı
Hostel yoxsa əxlaqsızlıq yuvası? - Milli Məclisdə MÜZAKİRƏ
Samiraldo: "Deputat olsam, millətin yanında olacağam" - VİDEO