Gündəm
Deputatların tələbi ilə plenar iclas onlayn keçiriləcək
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
“Report” xəbər verir ki,təklif edilən dəyişikliyə əsasən karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.
Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.
Sənədə təklif edilən dəyişiklik 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.
Sənədə təklif edilən dəyişiklik müzakirələrdən sonra I oxunuşda qəbul edilib.
Daha çox xəbər: