Mədəniyyət
22:08, 05 iyun 2025
131
0

“Nəsimi irsinin hikmətini yaşadan şeir: Yusif Əzəmidən ilham dolu misralar”

HƏZRƏT-İ NƏSİMİ

Aşiqə, ariflərə bürhandı bu
Şeyri Nəsimi demə Qurandı bu

Hər sözü, hər bir misrəi ayədən
Mərifətin dürrünə ümmandı bu

Dəstəmaz al, sonra Nəsimi oxu
Şəkk eləmə söz dolu imandı bu

Ruhun əgər xəstədi irfanə gəl
Şeyri Nasimi oxu dərmandı bu

Çünki Nəsimi özü həqdən deyir
Hər qəzəli cilveyi rəhmandı bu

Fəzlini axtarsan əgər Allahın
Neməti bol, yaxşı bir ehsandı bu

Aşiqə həm, arifə fəzlü kəmal
Yusifə də gövhəri irfandı bu

YUSİF ƏZƏMİ

“Nəsimi irsinin hikmətini yaşadan şeir: Yusif Əzəmidən ilham dolu misralar”
Digər xəbərlər: