Hadisə
Şair-publisist sosial şəbəkədə dələduzluğun qurbanı oldu.

Sosial şəbəkələrdə tanınmış şəxslərin adından istifadə edərək vətəndaşları aldadan fırıldaqçılar yenidən aktivləşib. Bu dəfə şair-publisist, AYB üzvü Elxas Comərd dələduzluğun qurbanı olub. O, tanıdığı şəxsin “Facebook” hesabından mesaj aldıqdan sonra ona pul göndərib. Ancaq sonradan məlum olub ki, hesab ələ keçirilib.
15 sentyabr 2025-ci il tarixində Elxas Comərd “Facebook”da dostluq etdiyi tanınmış şəxs Sahib Həsənovun adından gələn mesaja inanaraq ona maddi yardım göstərib. Aldadıldığını isə pul köçürməsindən sonra anlayıb. Həmin profilin dəfələrlə başqa şəxslərə də yazdığı məlum olub.
Şikayətcinin həmin ərizə məktubu:
“Hörmətli Vilayət müəllim!
15 sentyabr 2025-ci il tarixində, saat 08:41-də uzun müddətdir tanıdığım və səmimi münasibətdə olduğum Sahib Saleh oğlu Həsənovun “Facebook” sosial şəbəkəsindəki profilindən mənə mesaj göndərildi. Mesajda “Salam, necəsən qardaş? Xoş gördük” yazılmışdı. Səmimi münasibətimizə əsaslanaraq dərhal cavab verdim.
Daha sonra həmin şəxs yazdı: “Sizə bir işim düşmüşdü, utandım deməyə.” Mən də səmimi münasibətə güvənərək, nə məsələ olduğunu soruşdum. Bildirdi ki, guya həkimə 100 manat ödəməlidir. Mən kömək məqsədilə kart nömrəsini istədim və o, 4169 7388 1932 3589 nömrəli bir kart təqdim etdi. Həmin karta ödəniş terminalı vasitəsilə 50 manat vəsait göndərdim.
Hörmətli cənab Nazir!
Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, belə halların artması və insanların adından sui-istifadə edərək sosial şəbəkələr vasitəsilə vətəndaşların aldadılması yolverilməzdir. Xahiş edirəm ki, bu dələduzluq hadisəsinin araşdırılması, həmin şəxsin tapılaraq qanunamüvafiq şəkildə məsuliyyətə cəlb olunması və mənə dəymiş ziyanın ödənilməsi üçün müvafiq göstəriş verəsiniz.
Əvvəlcədən təşəkkür edirəm.
Hörmətlə:
Elxas Comərd
Şair-publisist, AYB-nin üzvü
Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 3-cü Mədən
Əlaqə tel.: (051) 904-28-73 “
Elxas Comərd məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib və fırıldaqçının tapılaraq məsuliyyətə cəlb olunmasını istəyir.
Daha çox xəbər:
"Ayıb yoldaşına kömək etməməkdir" - Tanınmış şair lobya təmizlədi
İnternetdə yeni fırıldaq - Video
İlk yaşın mübarək, sevimli BALA
Azərbaycan Prezidenti “Facebook”da dünya liderləri arasında - ARAŞDIRMA
Müğənni Doğuşun menecerindən azərbaycanlı iş adamlarına TƏRS SİLLƏ — FOTO
Falçının 1 milyon aldığı xanım Kərəm Həsənovun bacısı imiş
"Facebook" haker hücumuna məruz qalıb
Əsgər payı aşkar satışa qoyulub - "Facebook"da biabırçılıq - FOTO
Dələduz həm pullarını aldı, həm də aylarla maaşsız çalışdırdı
Paşa Sığortanın “işçi”si dələduzluq edir, DİN reaksiya vermir


