Gündəm / Hadisə
Dövlətə məxsus dəniz sahilində özbaşınalıq: “İstəsəm, suyun içində də çətir qoyaram!”

Novxanı və Buzovna çimərliklərində vətəndaşlar dövlətə məxsus dəniz ərazilərində ödənişsiz istirahət hüququndan məhrum edilir.
Redaksiyamıza daxil olan məlumata əsasən, bu ərazilərdə fəaliyyət göstərən bəzi şəxslər, çətir (zontik) və digər sadə çimərlik avadanlıqları üçün insanlardan qanunsuz ödəniş tələb edirlər.
Hadisə yerində olan çəkiliş qrupunun müşahidələrinə əsasən, özünü “məsul şəxs” kimi təqdim edən bir nəfər vətəndaşlara yaxınlaşaraq, çətirdən istifadə üçün pul istəyib. Vətəndaşlar isə həmin ərazinin dövlətə məxsus olduğunu bildirib və ödəniş verməkdən imtina ediblər. Bu zaman həmin şəxs kobud şəkildə belə deyib:
“Bura mənimdir! İstəsəm, suyun içində də çətir qoyaram, müştəri otuzduraram.”
Lakin çəkiliş aparıldığını gördükdən sonra həmin şəxs kameradan yayınaraq ərazidən uzaqlaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü və 5-ci maddələrinə əsasən, dövlət torpaqlarının icarəyə verilməsi yalnız rəsmi hüquqi əsaslarla mümkündür. Bu ərazilərin şəxsi mənfəət naminə istifadəsi qanun pozuntusu hesab olunur və məsuliyyət yaradır.
Vətəndaşlara belə hallarla qarşılaşdıqda hüquqi addımlar atmaları tövsiyə olunur.
Daha çox xəbər:
Bu gündən tədrisin distant təşkilinə başlanıldı
Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN
Bu şəxslər ödəniş üçün müraciət etməsin! - Nazirlik
AzTV-nin aparıcısını şantaj edən şəxs sabiq kanal rəhbərinin oğludur - FOTO
Yalnız bu şəxslərin hərəkətinə icazə veriləcək - Siyahı
Beyləqanda dövlətə şərik məmur var... - İTTİHAM
"Necməddin dövlətə xəyanət edib" - Sabiq nazir müavinindən şok ittihamlar VİDEO
Bakıda televiziya kanalının avadanlıqlarını oğurlayan şəxs saxlanıldı- FOTOLAR
Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb - AÇIQLAMA
Xəzərdə suyun səviyyəsinin azalmasının səbəbi ilə bağlı rəsmi açıqlama
