Gündəm / Sosial
00:32, 25 mart 2022
9 045
259

Şəki rayon Cumakənd sakini Aslanov Çərkəz Zeynal oğluna qarşı hörmətsizlik

Şəki rayon Cumakənd sakini Aslanov Çərkəz Zeynal oğluna qarşı hörmətsizlik
Saytımıza gələn müraciət əsasında əməkdaşlarımızın araşdırması nəticəsində Şəki rayonu Cumakənd sakini 73 yaşlı Aslanov Çərkəz Zeynal oğlunu idarə etdiyi 55-CB-203 dövlət qeydiyyat nişanlı Vaz 21-06 markalı avtomobilini Şəki rayon ypx əməkdaşı saxlayaraq onun 400 manat cəriməsi olduğunu və sürücülük hüququndan məhrum olduğunu bildirərək özlərini təqdim etmədən yaşlı kişiyə kobudcasına avtomobilin müvəqqəti duracağa qoyulmasini bildiriblər.Çərkəz müəllim heç bir reaksiya bildirmədən avtomobili ypx əməkdaşı ilə duracağa qoyub.Duracağa qoyduqdan sonra YPX əməkdaşı Çərkəz müəllimə yaxınlaşaraq “get 400 manat gətir,həm maşını həmdə sürücülük vəsiqəsinə qoyulmuş məhdudiyyəti aradan qaldiraq”.Çərkəz müəllim isə yenə öz növbəsində ağsaqqallığını keçmiş vəzifə işçisi olduğunu nəzərə alaraq heç bir tərəddüt etmədən taksi çağıraraq 45 km-lik yolu 30 manat verərək 400 manatı tapmaq üçün öz kəndinə qayıtmış borcla 400 manat götürüb yenidən 30 manat verərək Şəki rayon YPX şöbəsinə qayıdır.Saat 15:30 radələrində Çərkəz müəllim şöbəyə yaxınlaşsada orda onu heçkəs qarşılamadığını görüb,bir qədər gözləyəndən sonra duracaqdan bir nəfərin çıxdığını görür və ona yaxınlaşaraq” mənim maşınım burdadır” pulu gətirdiyini bildirib.Lakin ordakı adam” ağsaqqal bunlar sabah olacağını bildirərək” “get sabah 09:00 sonra gəlməyini bildirir.Çərkəz müəllim yenə öz kəndinə getmək üçün əlavə olaraq yene 35 manat ödəyərək yenə 45 km yol qət edərək Cumakəndə qayıdır.Kəndə gəldikdən sonra başına gələni kəndə düşəndə qonşularına danışır.Qonşuları Çərkəz müəllimə YPX-də yaxın qohumunun işlədiyini bildirərək maşınının nömrəsini verməyini xahiş edir.Təxmini 15 dəqiqədən sonra qonşusu Çərkəz kişini çağıraraq maşının ödənməyən cəriməsi 16 manat olduğunu,sürücülük vəsiqəsinə isə heç bir məhdudiyyət qoyulmadığını bildirir.Regiitv.az saytının adından DİN Vilayət Eyvazov
BDYPİ rəisi general-mayoru Zeynalov Ramiz
BDYPİ rəis müavini polkovnik-leytnant Piriyev Namidar cənablarına
Bildirmək istəyirik ki,73 yaşlı Çərkəz müəllimin cəriməsi 16 manat olduğu halda,Çərkəz müəllimə 95 manat maddi ziyan vuraraq 400 manat dalınca göndərən inspektoru araşdıraraq lazımi tədbir görməyinizi Çərkəz kişinin verdiyi məlumata əsasən araşdırmağınızı xahiş edirik.
Digər xəbərlər: