Gündəm
16:05, 12 yanvar 2022
354
0

Azerenerji özbaşınalığı

Azerenerji özbaşınalığı
Huseynov Səftər Rafiq oğlundan saytımıza;
Müraciət
Sabunçu rayon “Azərişıq asc” müdiriyyətinə şikayət;
Sabunçu rayonunun bəzi ərazilərində obyektlərdə işığın düzgün hesablanmaması barədə saytımıza bir neçe yerden müracitələr gəlmişdir.Bu müraciətlərdən biridə Huseynov Səftər Rafiq oğlu tərəfindən idi.Əməkdaşlarımız Huseynov Səftərlə əlaqə saxladılar və onunla danışdılar.Huseynov Səftər işığın 2 qəpik qalxması yox işığı hesablayarkən 2 qat çox olduğunu müşahidə edib.Biz noyabr ayında işıq idarəsinə yaxınlaşdıq və işığın çox gəlməsini bildirdik.Bildirdik ki,işıq 2 qəpik qalxibsa əgər,nə səbəbə 2 qat çox gəlir.Biz kimə yaxınlaşdıqsa işığın düzgün hesabla gəldiyini heç bir problem olmadığını söylədilər və bizə həmən məbləği ödəməyi tələb etdilər.Aylıq 300-350 manat gələn işıq pulu 550-600 manat gəlir yəni 2 qatı. Huseynov Səftər heç bir etiraz bildirmədən 600 manatı ödədi.Bizə bildirdilərki gələn aydan həmən işıq həmən məbləğdə gələcək.Dekabr ayında isə 355 manat işıq pulu gəldi ödədilər.Noyabr ayından bu ayadək işığı hesablamaq üçün sayğac quraşdırılıb.Həmən sayğacdan hesablayanda işıq pulu 350 manat gəlməli idi.Bu ay yəni yanvar ayında 592 manat işıq pulu gəlib. Bizdə müraciətə əsasən Sabunçu rayon “Azərişıq asc” rəhbərliyindən bilmək istəyirik ki, işıqlar nə səbəbdən yanlış və çox hesablanır.Huseynov Səftərin sözünə görə o sahə rəisi Amil adlı şəxsə zəng vuraraq işığın yenə artıq gəlməsini bildirib,cavabında Azərişıq asc-ə yaxınlaşın ərizə yazın biz gəlib sayğacın yoxlayıb lazım gəlsə sayğacı başqa sayğac ilə əvəz edə bilərik.
Digər xəbərlər: