Hadisə
21:32, 17 avqust 2020
63
0

74 yaşlı piyadanı maşın vurdu

74 yaşlı piyadanı maşın vurdu
Şəkidə 74 yaşlı kişini avtomobil vurub.

Anews.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki şəhərinin giriş hissəsində qeydə alınıb.

Şəki rayon Kiçik Dəhnə kənd sakini, 1946-cı il təvəllüdlü Fazil Əhmədiyyə oğlu Cabbarov yolu keçmək istəyərkən "VAZ-2104” markalı avtomobil tərəfindən vurulub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, F. Cabbarovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: