Sosial
20:23, 25 avqust 2024
14
0

Nəsiman Yaqublu vəfat etdi


Tarixçi-professor Nəsiman Yaqublu Zəngilandan qayıdarkən qəzaya düşüb.
Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu “Nissan” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.
N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Nəsiman Yaqublunun həyatını xilas etmək mümkün olmayıb.
Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.
Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
regiitv.az xəbər verir ki,bu barədə Müsavat partiyasının Məclis sədri Arif Hacılı məlumat yayıb.
Onun sözlərinə görə, N.Yaqublu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən professor Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəddir. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.
Nəsiman Yaqublu vəfat etdi
Digər xəbərlər: