Foto
ŞİKAYƏT ƏRİZƏSİ.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, COP 29-un Təşkilat Komitəsinin sədri Samir Nuriyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının Hüquq və Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənabına.
Surəti : Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cənabına.
Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Məhkəmə - Hüquq Şurasının sədri İnam Kərimov cənabına.
Surəti : Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Cənabına.
Surəti : Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə Xanım Qafarovaya.
Surəti : Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli cənabına.
Surəti : Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc cənabına.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 3-cü Mədən ərazisi, fərdi evdə yaşayan,
230040771 nömrəli cinayət iş üzrə zərərçəkmiş Elcan Elgün oğlu Beybudovun qanuni nümayəndəsi babası Elxas Səfi oğlu Comərdov tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ.
Hörmətli Prezident Cənabları !
Çox hörmətli Mehriban Xanım !
Hörmətli Cənablar !
Yəqin ki, bu müraciətim, şikayət ərizəm, SİZİN və yuxarıda adların çəkdiyim dövlət məmurlarının, Vətəndaş məktublarına cavabdeh şöbə müdürlərinin, Vətənini, dövlətini düşünən, VİCDANLI, təyinat aldığı vəzifəyə, həmin vəzifənin onlara verdiyi səlahiyyətə nifrətlə, başdansovdu yanaşmaz, bu məktubumu da, digər məktublarım kimi kənara atılmasına yox, bu dəfə, bu şikayət məktubumu ciddi nəzarətə götürüb, tədbir görülməsinə məsul edər.
Çünki, məhz onların səyi nəticəsində səsimin SİZLƏRƏ çatdırılmadığından, məcburam ki, SİZLƏRƏ səsimi, respublikamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq tədbir iştirakçılarının vasitəsi ilə çatdırım. Buna, məhz onlar tərəfindən məcbur qoyulduğumdan, bundan sonra yarana biləcək hər hansı bir ictimai qınaq və məsuliyyət məhz onların üzərinə düşəcək.
Dünyanın belə bir vaxtında, böyük əksəriyyət dövlətlərin bizə qarşı qərəzli mövqe sərgilədiyi zamanda, Azərbaycan Respublika Konstitusiyasının mənə verdiyi 27 və 31 maddə göstərilən hüquqlarımın pozulduğunu yazıb onlardan SİZƏ çatdırılmasını istəməyim, yəqin ki, onların əlinə indi və gələcəkdə sui-istifadə edə biləcəyinə ehtiyatlansamda, bunu etməyə məcburam.
Mən, qeyri - qanuni heç nə istəmirəm. Qanunların mənə tanıtdığı hüquqlarımın bərpasın tələb edirəm. Bu tələbdə də israrlıyam və nə olmasından aslı olmayaraq sona qədər gedəcəm.
Hörmətli Fuad müəllim !
Cənab Baş Prokuror !
Bu, mənim yazacaqlarım, ölkə hüququnun hansı vəziyyətdə olduğunun faktlarla ifşasıdır.
Bunun, mütəmadi yazılması, ictimailəşdirilməsi, bir ümumi mənzərə yox, faktlarla biabırçılığın ortaya çıxarılmasıdır.
Hörmətli Cənablar !
Hər hansı, baş vermiş cinayət mövcüd maddi sübutların (kamera görüntülərinin çıxarılması, tərəflərin hadisə zamanı əynindəki qanlı paltarlar, daha ..., hadisədə istifadə olunan kəsici-deşici alət, bıçaq) götürülməsi, təqsirləndirilən və zərərçəkən tərəfin izahatları, hadisəyə şahid olan şəxslərin ifadələrinin alınması təksibedilməz sübutlarla cinayətin bütün mahiyyətini ortaya qoyur.
Yuxarıda qeyd etdiyim cinayət işində bu halların bir çoxu bilərəkdən gizlədilsədə və yox edilsədə, "cinayət işinin istintaqın aparmış müstəntiqlərin ortaya çıxardığı nəticə ilə işin içində olan, amma nəzərə alınmayan hallar, birbaşa Azərbaycan Respublikasının CPM - nin 303.3.6-ci maddəsində istinad olunan 298.2 - ci və 290.3.2-ci maddəsinin tələblərinin pozulması deməkdir.
Çünki, CPM-nin 303. 3.6 - maddəsində deyilir ki,
- Cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması ;
işə xitam verilib və onun prokurora qaytarılması təmin olunmalıdır.
Bu cinayət işinin içində müstəntiqlərin yox etdiyi bütün maddi sübutlardan savayı, özlərinin savadlarına uyğun topladığı dəlillər, birbaşa onların ifşası, göstərilən maddələrin tələblərinin pozulması deməkdir.
BELƏ Kİ, İSTİNAD OLUNAN MADDƏNİN TƏLƏBİ ; -
Maddə 289. 3.1. Cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ;
MADDƏNİN TƏLƏBİNƏ UYĞUN SÜBUTLAR:
1 - Cİ SÜBUT : (cinayətin törədilmə yeri)
Cinayət işinin içində, təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanılması zamanı, onun əli ilə işarə edərək hadisə yeri kimi göstərdiyi zaman çəkilən şəkildəki yer ilə, müstəntiqlərin hadisə kimi təsvir etdiyi yer arasında 1 (bir) kilometrdən çox məsafə olduğundan ;
Bu, təqsirləndirilən şəxsin bu cinayəti əvvəlcədən planlaşdırdığını, məqsədli şəkildə icra etdiyini, hətda hadisə üçün əvvəlcədən yer seçdiyini və gəlib zərəçəkəni həmin yerə getməyə məcbur qoyulmasını gizlətmək, əməli yüngül maddəyə tövsif etmək üçün edilməsi deməkdir.
Burada bir nüansı da vurğulayım. Düzdü, bizim bu tələbdən sonra, müstəntiqlərin təsvir etdiyi, təqsirləndirilən şəxsin işlədiyi "Onur" (balaca "Onur" kimi tanınan) marketin icarəsinə dayandırıb, oranı yer sahibinə təhvil verməsi, güman edirəm ki, bu məsələni sonradan düz-qoş sübutu kimi istifadə edilməz. Əgər edilsə, bu bunların həqiqətən zəifliyinin sübutudur.
2-SÜBUT : ( vaxtı, o qədər əhəmiyyət kəsb etməsədə yazacam)
Təqsirləndirilən şəxsin özünün ifadələrində, "... işdən 22 : 05-də çıxıb", şahidlərin 22 : 30 qeyd etmələri, amma bunu müstəntiqlərin yekun ittiham aktında "saat 22 iradələri" yazması CPM-nin 7.0.35 maddəsinin pozulması, nəticəni yüngülləşdirmək üçün edildiyi;
3 - SÜBUT :(üsulu, motivləri, nəticələri və digər mühüm hallar)
a) Birbaşa ürək nahiyyəsi tərəfdən arda-arda, daxilə nüfuz etmiş 2 bıçaq zərbəsi sol qolunun altından, ürək nahiyyəsi tərəfdən 8 - 9 - cu qabırğalararasından, ümumilikdə 4 bıçaq, bir bıçaq 5 - 6 - cı qabırğalarası, yəqin ki, zərərçəkənin özünü müdafiəsi, müqaviməti nəticəsində 1 bıçaqıda qoluna daxilə nüfuz edən xəsarət yetirilməsi ;
Yəqin ki, zərərçəkənin xəstəxanada əynindən çıxarılan paltarın yox edilməsi, itirilməsi, bıçaqın haradan dəyməsinin ekspert rəyinin alınmaması üçün edilib ;
Zərərçəkənin xəstəxanadan verilən xəstəlik tarixçəsində sol qolu tərəfdən, 8 - 9-cu qabırğalarası sahədən daxilə nüfuz etmiş bıçaqın sayı 2 (iki) göstərilir.
Amma, ekspertiza rəyiində 1 (bir) yaz(dir)ırlar, özüdə, utanmadan, 8 - 9-cu qabırğasından daxilə nüfuz edən yox, qarına nüfuz edən yaz(dir)ırlar.
Qarına nüfuz edən bıçaqın, işin içindən çıxarılıb, 6 ay bizə göstərilməyən, tanınmaya hər iki tərəfi ağ varaqla örtülən şəkillə aparılması, düşünmədən gizləmək istədikləri, NK-nin "Soyuq silah" kriteriyalarına yəqin ki, ekspert rəyində göstərilən bıçaqın uzunluğu uyğun gələr.
b) İnsan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələməsi, ağır cərrahiyyə əməliyyatına məruz qoyulması ;
İndi isə, CPM-nin 303.3.6-ci maddəsinin istinad olunan, həmin məcəllənin 290.3.2-ci maddəsinin tələbinə dair ;
Maddə 290.3.2.
Öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktı təsdiq etmək ;
Bütün bunlar, yəni CPM-nin məcəllənin 290.3.2-ci maddəsinin təsdiqini cinayət işinin içindəki ifadələrlə öz təsdiqini tapır, sübuta ehtiyac yeri qoymur.
Təqsirləndirilən şəxsin özü, müxtəlif vaxtlarda ibtidai istintaq zamanı verdiyi ifadələrində bunları təsdiq edir.
Məsələn ; - Təqsirləndirilən şəxs 06.08.2023 - ci il saat 11-05-də başlayıb, 12-10-da tamamladığı və 4 ay sonra, 29.11.2023 - cü il 11-35-də başlayıb, 12-05-də qurtaran, eynən təkrarladığı ifadəsində yazır ki, - "tanışlarla demişdim ki, - "zərərçəkəni (yəni - oğlumu) harada görsəniz mənə bildirin".
Bunu, hadisədə adı şahid kimi keçən şəxs də öz səs yazısında və sonra verdiyi ifadəsində olduğu kimi, eynən təsdiq edir.
Məsələn ; - şahid səs yazısında və ifadəsində deyir - "təqsirləndirilən şəxs,- " iki barmağın bıçaqın ağzına sürtərək, Elcanı gözləyir, Elcan üçün itləmişəm" - səs yazısı və eləcə, 30. 09. 2023-cü ildə saat 17-40 - da başlayıb, 18 - 25 - tamamladığı ifadəsi...
Bütün bunlar Azərbaycan Respublikasının CM-nin 28.1-ci maddəsinin tərkibini yaradır.
Çünki, həmin maddənin tələbində deyilir ki,
AR CM-i, Maddə 28.1 ;
- Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur ;
Buda həmin məcəllənin tələbini yaradırki, orada yazılır ;
Azərbaycan Respublikasının CM-nin 27.3 - cü maddəsində açıq aydın yazırılır ;
- Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.
AR-nin CM - nin 27.3 maddəsinin istinad etdiyi 28 - ci maddə ilə yuxarıda tanış oldunuz.
Bəs, CM-nin 27.3 - cü maddəsinin istinad olunan həmin məcəllənin 29-cu maddəsi nə deyir...?
AR-nin CM - Maddə 29 ;
- Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.
Deməli, bütün bunlarla MÜSTƏNTİQLƏR və eləcədə prosessual rəhbərliyi həyata keçirən prokurorları( Binəqədi Rayon Prokurorluğu və Bakı şəhər Prokurorluğu) CPM-nin bu maddələrə əməl etməməklə, CPM-nin 289.3.1 - cu maddəsinin tələblərin pozaraq, savadlarına şübhə etmədiyindən, deyə bilərəm ki, birbaşa cinayət etmişlər.
Hörmətli Cənablar !
İndi siz deyin, bütün bu biyabırçılıqlar, təqsirləndirilən şəxsin vəkilinin bizim adımızdan Binəqədi Rayon Məhkəməsinin iclasında deyib, məhkəmə qərarında qeyd edilən, - "80000(səksən min) manat bu iş üçün xərçləri çıxıb"- deyiminin doğruluğuna şübhə yeri qoyur...????!!!!
Hələ bura bu cür ağır cinayət törətmiş şəxsin, bu cinayət işin sifariş etməsi güman olunan şəxsin, - "onu qoymayacam tutulmağa, tutulsa da, 3 il təqsirləndirilən şəxs iş alacaq, bir ildə zərərçəkən" - deyiminin doğruluğuna, onun, bu günə qədər tutulması deyilənləri heç təsdiq etmir...?
İndi isə ona aydınlıq gətirək.
Təqsirləndirilən şəxsin əvvəl Azərbaycan Respublikasının CM-nin 126.1 - maddəsi ilə ittiham elan olunub, məhkəmə qarşısına çıxarılan vaxt, Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırov Möhtərəmin, ölkə başçısının 10.02 2017-ci il tarixli, cəzanın hümanisləşdirilməsinə dair imzaladığı Sərəncama istinad etməsi. Hansı ki, həmin Sərəncamda, giriş hissəsində deyilir ki, - "az ağır, xüsusilə İqtisadi fəaliyyət sahəsində cinayətlər".
Axı, bu cinayət əməli, lap elə, müstəntiqlərin tövsif etdiyi, mövcud CM-n 126.1 - ci maddəsi, lap elə müstəntiqlərin, bizi aldadaraq, guya maddəni ağırlaşdırıblar görüntüsü yaratmaq üçün, yenidən tövsif etdikləri həmin məcəllənin 126.2.4 və 221.3 maddələri bu sərəncamın təsiri altına düşmür. Elə buna istinad özü, bu cinayəti sifariş etməsi güman olunanın dediyinin təsdiqi, vəkilin bizim adımızdan dediyinin sübutu deyilmi...?
İndi mən bu boyda cinayətə, qanunsuzluğa, mənim mənim nəvəmin qanı üzərində nəsə qazanmaya göz yumummu...?
Bu mümkün deyil, sizlər tərəfindən öldürülərəmsə gözüm yumulacaq...
Ən böyük biyabırçılıqları odur ki, bu yuxarıda istinad etdiyim qanun pozuntuları ilə və göstərdiyimiz şahidlərin dindirilməməsi, aparılan üzləşmələrin yarımçıq aparılması və digər prosessual pozuntularla aparılıb, alayarımçıq cinayət işinə dair ittiham aktı hazırlayıb, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi və məhkəmə elə ilk hazırlıq iclasında bu işə xitam verilib, Prokurorluğa qaytarılmalı idi. Amma hakim, təqsirləndirilən şəxs üçün, cinayəti sifariş etməsi güman olunan şəxsin harın istəyinə uyğun tələsik məhkəmə iclası keçirib, yekunlaşdırmaq istəyi də bu deyilənlərə xidmətdir.
İndi məsləhət sizindir. Mənim səfirliklərə, COP təşkilat komitəsinə, orada iştirak edəcək xarici ölkə jurnalistlərinə edəcəyim müraciətlərimin yaradacağı məqamları Sizlərin düşünməsi gərəkdir.
Bu işin ölkə başçısından, digər, bu müraciətdə adın çəkdiyim rəhbər vəzifəli şəxslərdən gizlədilməsi, mənim, dəfələrlə müraciətlərimə baxmayaraq Baş Prokuror Kamran Əliyevin qəbuluna yazıla bilməməm, hər cəhdlə qəbul edilməməyim (nə divident gətirəcək cümlədi...???) üçün maneçilik törədilməsi yuxarıda deyilənlərin bir növ təsdiqi, sübutudur.
Əlaqə telefonum (055) 288-05-19, (051) 904-28-73.
İmza : Comərdov. E. S.
Daha çox xəbər:
Prezidentin parlamentin buraxılması ilə bağlı sorğusuna baxılır - İCLAS BAŞLADI
YAP İdarə Heyətinin iclası başladı - deputatlığa namizədlər müəyyənləşəcək
“POLEKS MMC” şikayət
Prezidenti İlham Əliyev - MÜRACİƏT
ŞİKAYƏT ƏRİZƏSİ.
Azərbaycanda bu ali rütbəni yalnız onlar daşıyır - SİYAHI
Milli Məclisin plenar iclası başlayıb, Əli Əsədov iclasda iştirak edir
Prezident Əli Əsədovu daha bir yüksək vəzifəyə təyin etdi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İlham Əliyev Prezident Administrasiyasına rəhbər təyin etdi