Cəmiyyət
Azərbaycanda YPX avtomobili polis əməkdaşını vuraraq öldürüb - Rəsmi
Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşın öldüyü yol qəzasına aydınlıq gətirib.
DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu qəza respublika ərazisində hər gün baş verən yol qəzalarından biridir: “Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri Fərhad Abdullayev avtobusdan düşüb yolu keçərkən həmin yolda hərəkətdə olan Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Bəzi sosial şəbəkə istifadəçiləri yol-nəqliyyat hadisəsinin başvermə səbəbi barədə yalan və əsassız iddialar səsləndirirlər. Bir daha qeyd edirik ki, bu hadisə də hər gün rastlaşdığımız yol-nəqliyyat hadisələrindən biridir. Təəssüf ki, bu yol-nəqliyyat hadisəsində həlak olan bizim əməkdaşlarımızdan biri olub”.
Daha çox xəbər:
Avtomobillə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
Bakıda YPX əməkdaşı 12 yaşlı qızı ölümdən xilas etdi - VİDEO
Sürücülərin nəzərinə: Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik - ÖZƏL
Prospektdə piyadanı vurub öldürən saxlanıldı
Azərbaycanda ağır qəza: Dörd polis yaralandı