Sosial
Şəkidə antiterror əməliyyatında şəhid olan hərbçilərin məzarı ziyarət olunub
Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olanların xatirəsi Şəki rayonunda ehtiramla anılıb.
regiitv.az Lent.az-a istinadən xəbər verir ki, sentyabrın 19-da Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Əhmədov Rizvan Niyazi oğlunun və Aşağı Layısqı kənd sakini, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlunun məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib, onların ruhlarına dualar oxunub.
Anım mərasimlərində şəhidlərin vətənpərvərliyindən, qəhrəmanlığından söz açılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi qeyd olunub.
Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Daha çox xəbər:
Şəhid Bəxtiyar İdrisov İxtiyar oğlu
Şəki rayon Cumakənd şəhidi-Əhmədov Rizvan..
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycan Qarabağda məcburi antiterror tədbirləri həyata keçirir
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB
Şəhid əsgər Murad Xəlilov dəfn olunub
Şəhid mayor Namiq Əhmədov dəfn olunub
Şəki şəhərinin cumakənd kəndində şəhidlər abidəsi ucaldıldı
Şəhid ailələrinə dəstək tədbirləri davam edir
Şəkidə icra hakimiyyətinin təşəbbüsü ilə şəhər sakinlərinin tibbi ləvazimatlara olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir