Hadisə
16:08, 24 mart 2021
102
0

Bakı sakini bıçaqlanıb, pulu və avtomobili əlindən alınıb

Bakı sakini bıçaqlanıb, pulu və avtomobili əlindən alınıb Bakı sakinini bıçaqlayaraq pulunu və avtomobilini alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Təhlükəsiz Şəhər Xidməti, Abşeron Rayon Polis Şöbəsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 5-də Bakı şəhər sakini X.Məmmədova bıçaqla xəsarət yetirib 300 manat pulunu və “Mercedes” markalı avtomobilini almaqda və həmin avtomobilin üzərinə başqa dövlət qeydiyyat nişanlarını bağlamaqda şübhəli bilinən Q.Nəsirov martın 23-də Nəsimi rayonu ərazisində sərnişinləri ilə birgə saxlanılıb.
Digər xəbərlər: