Dünya
Ukraynalı qadın işıqsaçan toyuqdan şorba bişirib
İvano-Frankovsk sakni olan qadın öz Feysbuk səhifəsində yazıb ki, dükandan aldığı toyuq qaranlıqda işıq saçıb. O, qərara gəlib ki, toyuq ətindən bulyon bişirsin, amma şorba tam yeyildikdən sonra, qadın ətin qaranlıqda işıq saçdığını müşahidə edib.
«Toyuğu «Selpo»dan aldım, şorbaya atdım, bir parasını pişiyə verdim. Pişik onu yemədi. Gecə qalxdım - toyuq işıq saçırdı!» - təəəcüblənmiş qadın xəbər verib.
O, danışıb ki, qaranlıqda tək ət yox, həm də ətdən əlinə bulaşmış piy qatı işıq saçıb. Xəbərə yazılmış şərhlərdə sosial şəbəkə istifadəçiləri ehtimal irəli sürüblər ki, bəlkə ətin yararlılıq müddətini uzatmaq üçün onu fosfat qarışığı ilə «emal» ediblər. Digərləri isə ehtimal ediblər ki, toyuq dərisində olan nadir bakteriyaların hesabına işıq saça bilərmiş.
Bundan iki gün əvvəl Çinin Bayan-Nur şəhərindəki toyuq fabrikinin əməkdaşları dördayaqlı toyuq aşkar ediblər. İşçilər bildiriblər ki, əvvəlcə toyuq (cücə) ikiayaqlı olub və digər toyuqlardan fərqlənməyib, ancaq vaxt ötdükcə onun daha iki ayağı əmələ gəlib. Bu da toyuğun yeriməsinə və müvazinətini saxlamasına mane olub.
Belə-belə işlər… sona da haray çəkirlər ki, qoymayın, koronavrus bəşəriyyəti «yeyir».
AzPolitika.info