Sosial
Azərbaycanın bu kəndində kranlardan dəniz suyu gəlir
Bir necə gündür Neftçala rayonunda Xəzər dənizi suyunun Kür çayına qarışması nəticəsində bir sıra yaşayış masssivlərində içməli su problem yaranıb, bu barədə Anews.az-a "Ekoloji Marifçilərə Yardım "ictimai birliyiin sədri Tanrıverdi Hüseynov məlumat verib.
"Artıq 6 gündür bu problem var. Neftçala icra hakimiyyəti tərəfindən bu problemin həll olunmasında operativ qərargah yaradılıb. Üç gündür iş gedir. "Azərsu"nun Lənkəran bölməsi maşınlarla sakinlərə içməli su paylayır. Lakin bu su çimmək, paltar yumaq və digər səbəblərə istifadə etmək üçün yetərli deyil. Ona görə bu problem həllini tapmaq üçün gecikib", - deyə Tanrıverdi Hüseynov bildirib.
"Azərsu"ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Anews.az-a açıqlamasında problemin olduğunu təsdiqləyərək bildirib ki, dənizin suyu Kürün suyuna qarışdığından suyu əhaliyə vermək mümkün deyil.
"Odur ki, Neftçala rayonununda rayon mərkəzi daxil olmaqla yeddi kəndin içməli suya olan tələbatını ödəmək üçün yeddi su maşını ayrılıb. Prosesə rayon İcra Hakimiyyəti və Mənzil kommunal təsərrüfat birliyi də cəlb olunub. Su duzlu olduğu üçün əhalinin içməli suya tələbatı su maşınları ilə ödənilir", eyə "Azərsu" rəsmisi vurğulayb.
A.Cəbrayıllı içməli su probleminin Neftçala rayonunun özündə də yarandığını söyləyib. O, sakinlərin içməli su qıtlığı yaşamadığını, suyun daşınmasının hazırda davam etdiyini qeyd edib.
Daha çox xəbər:
Azərbaycanda borca görə su kəsilməyəcək - RƏSMİ
Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb - AÇIQLAMA
Azərbaycanın bu rayonunda 21 kənd işıqsız qalıb - RƏSMİ
"Rayonların su pasportu hazırlanır" - "Azərsu" sədri
Kanalda boğulan gəncin valideynləri: "Suyu bağlasınlar, balamızı çıxarıb, dəfn edək"