Sosial
Bu ərazilərdə işıq KƏSİLƏCƏK
Abşeron rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.
Anews.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu gün saat 12:00-dan 15:00-a qədər Digah və Mehdiabadda elektrik enerjisinin verilməsində qisa müddətli fasilə yaranacaq:
"Fasiləyə səbəb 35/6 kv-luq yarımstansiyasında aparılan yenidənqurma işləridir. "Azərişıq" yaranmış narahatlığa görə Istehlakçılardan üzr istəyir".