Sosial
Deputatdan 190 manatla bağlı TƏKLİF
“Hazırda dövlətin 46 klinikası koronavirusla mübarizə çərçivəsində səfərbər olunub. Həmçinin 15 mindən çox yataq yeri hazırda doludur”.
Pravda.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, özəl tibb müəssisələri də koronavirusla mübarizəyə cəlb olunmalıdr: “Test sahəsində monopoliyanı tam aradan qaldırmaq lazımdır. Hər bir sahibkara imkan vermək lazımdır ki, ölkəyə testlər gətirsin. Evdə müalicə üçün dərman vasitələrinin çeşidinin artırılması, qiymətlərin tənzimlənməsi vacibdir”.
Komitə sədri həmçinin qeyd edib ki, 190 manat veriləcək şəxslərin də siyahısına yenidən baxılmalıdır.
Daha çox xəbər:
Deputatların tələbi ilə plenar iclas onlayn keçiriləcək
“Gəncə Körpü Tikinti-2” ASC koronavirusla mübarizəyə 30 min manat ayırdı
Sumqayıt Bağça Şəhər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 000 manat vəsait ayırdı
Bu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA
Komitə sədri: "6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur"