Siyasət
Sumqayıt Bağça Şəhər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 000 manat vəsait ayırdı
Sumqayıt Bağça Şəhər Prezident İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min AZN məbləğində vəsait ayırıb.
Qeyd edək ki, Sumqayıt Bağça Şəhər - Sumqayıt şəhər mərkəzinə cəmi altı dəqiqəlik məsafədə yerləşən, gözoxşayan yaşıllığa, özəl avtodayanacağa, ticarət mərkəzinə, hər bir detalı sakinlərin rahatlığı üçün düşünülmüş geniş mənzillərə, müasir infrastruktura malik yaşayış kompleksidir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Daha çox xəbər:
“EVRASCON” ASC koronavirusla mübarizəyə 130 min AZN ayırdı
“Buta Trading” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürdü
“Gəncə Körpü Tikinti-2” ASC koronavirusla mübarizəyə 30 min manat ayırdı
“RAHAT” Supermarketlər şəbəkəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürdü
Baş Prokurorluq Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib