Cəmiyyət
12:24, 15 may 2019
70
0

Komitə sədri: "6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur"

Komitə sədri: "6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur"



Statistika göstərir ki, 6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur. Bu, bizi çox narahat edir.

Beş.az Trend-ə istinadən bildirir ki, bunu "Beynəlxalq Ailə günü"nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır" adlı konfransda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, boşanmalar, qeyri-rəsmi nikahların olması narahatedici haldır: "Bu hallar bizi narahat edir. Qeyri-rəsmi nikahlar Azərbaycan xalqına xas deyil. Belə halların olması bizi narahat etməlidir. Bizi daha çox narahat edən isə gənc ailələrin boşanmasıdır. Boşanmalar gəncləşib".

A.Naxçıvanlı bildirib ki, ailə dəyərlərinin itməməsi üçün qanunvericiliyə hansı dəyişikliklərin edilməsi barədə də düşünmək lazımdır.

Deputat onu da əlavə edib ki, bu gün Azərbaycanda dövlət tərəfindən ailələrə dəstək göstərilir. Güzəştli ipoteka kreditlərinin verilməsi buna misal ola bilər.
Digər xəbərlər: