Siyasət
21:00, 22 mart 2020
95
0

“Gəncə Körpü Tikinti-2” ASC koronavirusla mübarizəyə 30 min manat ayırdı

“Gəncə Körpü Tikinti-2” ASC koronavirusla mübarizəyə 30 min manat ayırdı
Respublika ərazisində müasir standartlara cavab verən bir çox körpü və keçidlər inşa etmiş “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz töhfəsini vermək qərarına alıb.

Dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edən “Gəncə Körpü Tikinti-2” ASC ölkə prezidentinin çağırışına qoşularaq, koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə 30 000 manat ayırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Digər xəbərlər: