Dünya
Paşinyanın iqamətgahından əşyaları oğurlandı
Ermənistanın Baş naziri Nikol Paşinyan gecə saatlarında baş verən iğtişaşlar nəticəsində iqamətgahından kompüterinin, saatının, sürücülük vəsiqəsinin və digər əşyaların oğurlandığını açıqlayıb.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Qeyd edək ki, Dağlıq Qarabağda hərbi əməliyyatların və atəşin dayandırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladığı bəyanatdan sonra İrəvanda etirazlar başlayıb.