Dünya
Paşinyan başını itirib - Nə edəcəyini bimir
Ermənistanın baş naziri Nikol Paşinyan ciddi problemlərlə üzləşib. Vəziyyət o həddə çatıb ki, Paşinyan artıq başını itirib və nə edəcəyini bilmir.
BAKU.WS xəbər verir ki, Azərbaycan ordusunun cəbhə bölgəsindəki uğurları, işğaldan azad edilən ərazilər, düşmənin məhv edilən yüzlərlə hərbi texnika və silah-sursatı, o cümlədən 2300-dən çox hərbçinin zərərsizləşdirilməsi ermənilərin inamını sarsıdıb, pandemiya dövründə bərbad vəziyyətdə olan iqtisadiyyat isə müharibə şəraitinə görə daha da acınacaqlı duruma düşüb.
Paşinyan hakimiyyəti mövcud durumda nə edəcəyini bilmir və Fransa, Rusiya və ABŞ-ın dəstəyinə ümid etməyə başlayıb. Hər üç ölkənin prezidenti regionda vəziyyətin gərginləşməsini pisləyiblər və tərəfləri dərhal atəşkəsə çağırıblar. Bu xəbər Paşinyanı çox sevindirmişdi. Ermənistan hakimiyyəti ümid edirdi ki, rəsmi Bakı məlum bəyanatdan sonra hərbi əməliyyatları dayandıracaq.
Lakin Azərbaycan dövlətinin qətiyyəti Paşinyan hakimiyyətinin keyfinə soğan doğradı. Belə ki, işğal altında olan rayonların azad edilməyəcəyi, Ermənistan qoşunlarının həmin ərziləri tərk etməyəcəyi təqdirdə hərbi əməliyyatların davam edəcəyi ilə bağlı açıqlama və dünən axşamdan Azərbaycan ordusunun düşmənin hədəflərinə zərbələr endirməsi Paşinyanı əməlli-başlı qorxuya salıb.
Nəzərə almaq lazımdır ki, Paşinyanın etibar etdiyi dağlara da qar yağıb. Dəstək gözlədiyi Rusiya prezidenti Vladimir Putin ondan üz çevirib, əvəzində keçmiş prezident Robert Koçaryana ad günü təbriki göndərib. Ermənistandakı mövcud durum Baş nazir Nikol Paşinyanın ciddi problemlər yaşamağa başladığını ortaya qoyub. Ermənistan əhalisi arasında reytinqini itirən Paşinyanın Türkiyənin 100 il əvvəl erməniləri öldürmək nağıllarını danışmağa başlayıb.
Ermənistanın Azərbaycan ordusu ilə qarşıdurmada ciddi zərbərlər endirə bilməməsi, əsasən saxta kadrlardan istifadə edərək ordumuzun itkilər verməsini açıqlaması, hər dəqiqə başı bir təyyarənin vurulması ilə bağlı gülünc bəyanatların verilməsi həm Paşinyan, həm də Ermənistan hakimiyyətindəki digər şəxslərin məğlub durumda olduğunu göstərir. Bu vəziyyətin davam etməsi, Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələri Dağlıq Qarabağın tezliklə işğaldan azad ediləcəyindən xəbər verir.