Dünya
Putinlə danışdım, rus qazını rublla almalıyıq - Nikol
Ermənistan hakimiyyəti rus qazına görə ödənişi dollarla yox, rublla etmək istəyir.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində çıxışı zamanı deyib.
“Bu gün Vladimir Putinlə telefon danışığı baş tutdu. Biz qaz qiymətlərini müzakirə etdik. İqtisadi və humanitar planda böhranlı situasiyanı nəzərə alaraq gözləyirəm ki, biz Rusiya rəhbəri ilə qarşılıqlı anlaşmaya gələ biləcəyik. Biz Avrasiya İttifaqının dollarlaşmasının həddən artıq yüksək olmasından danışırıq, amma rus qazına görə ödənişi də ABŞ dolları ilə edirik. Düşünürəm ki, rus rublu ilə ödəmək doğru olardı”, – deyə o bildirib.