Siyasət
18:23, 21 noyabr 2019
59
0

Azərbaycan bloqeri erməni kilsəsinə girdi, Paşinyan özünü itirdi - VİDEO

Azərbaycan bloqeri erməni kilsəsinə girdi, Paşinyan özünü itirdi - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan və Milandakı erməni icmasının nümayəndələri arasında kilsədə keçirilən görüşdə bir azərbaycanlı video bloqerin iştirakı ilə qeyri-adi hadisə baş verib.

Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, oraya toplaşanlar üçün gözlənilmədən azərbaycanlı video bloqer Ata Abdullayev baş nazir N. Paşinyana xoşagəlməz suallar verməyə başlayıb.

A.Abdullayev özü bununla bağlı Facebook səhifəsində video yayıb. Azərbaycanlı Ermənistan hökumətinin başçısından soruşub: "Bütün dünya ermənilər tərəfindən azərbaycanlıların soyqırımını tanıdı, buna nə vaxt son qoyulacaq. Bu müharibəni dayandırın, bizə müharibə lazım deyil, torpaqlarımızı azad edin ki, Xocalıımı, Şuşamı görüm. Barış istəyirəm, sülh nə vaxt olacaq?”.

Nikol Paşinyan erməni kilsəsində azərbaycanlını görəndə özünü itirib. Bununla belə, Ermənistanın baş naziri deyib ki, "qeyd etmək lazımdır ki, azərbaycanlı erməni kilsəsindədir və Ermənistanın hökumət başçısına sual verir”.

Ata Abdullayev həmçinin Paşinyandan Qarabağın işğal zonasında həbsdə olan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Akif Şahbazovun azad edilməsini tələb edib.

A.Abdullayevin sosial şəbəkələrdə yaydığı videonu diqqətinizə çatdırırıq.

Digər xəbərlər: