Siyasət
10:55, 14 may 2019
98
0

Paşinyan İlham Əliyevlə görüşündən danışdı

Paşinyan İlham Əliyevlə görüşündən danışdı


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın Brüsseldə qısa görüşü keçirilib.
Beş.az xəbər verir ki, “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi münasibəti ilə keçirilən tədbir çərçivəsində iki ölkə liderinin görüşü baş tutub.
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bu barədə məlumat verib. Paşinyanın bildirdiyinə görə, görüşdə Qarabağ münaqişəsinin tənzinləməsində hazırki durum müzakirə olunub. Ermənistanın baş naziri danışıqlar prosesinin davam etdiriləcəyini vurğulayıb.
Digər xəbərlər: