Hadisə
Ağciyər Xəstəlikləri İnstitutunda ölən şəxsin meyitini rayona aparan təcili yardım maşını qəzaya düşüb
Təcili Tibbi Yardım maşını qəzaya düşüb.
APA-nın məlumatına görə, hadisə Bakı-Salyan şosesində səhər saatlarında baş verib.
Ötən gün Ağciyər Xəstəlikləri İnstitutunda ölən şəxsin meyitini rayona aparan Təcili Tibbi Yardım maşını qəzaya uğrayıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Meyit hadisə yerinə çağırılmış başqa Təcili Tibbi Yardım maşını ilə rayona göndərilib.
Araşdırma aparılır.
Daha çox xəbər: