Səhiyyə
Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə aınıb.
Füzuli rayon sakini, 1967-ci il təvəllüdlü Hüseynov Qəfər Qənimət oğlu idarə etdiyi “Kamaz” markalı yük maşını ilə hərəkətdə olarkən “Mersedes” markalı minik avtomobilinin üzərinə aşıb.
Qəza nəticəsində “Kamaz”ın sürücüsü və “Mersedes”də olan Hacıqabulun Atbulaq kənd sakini, 1995-ci il təvəllüdlü Süleymanov Ağasi Cavad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar saat 19:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
“Kamaz”ın sürücüsü ağır kəllə-beyin travması aldığından reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alan isə ilk yardımdan sonra ambulator müalicəyə buraxılıb.
Həkimlərin səyinə baxmayaraq, gecə saatlarında Q.Hüseynov xəstəxanada dünyasını dəyişib.
Bundan qəzəblənən mərhumun yaxınları ikisi qadın, dördü kişi olmaqla həkim və tibb bacılarına hücum ediblər. Reanimasiya şöbəsinin pəncərələri sındırılıb.
Xəstəxananın tarvmatologiya şöbəsinin müdiri həkim Şəmsi Əhmədov döyülərək müxtəif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə polis əməkdaşlarının gəlişindən sonra insident sakitləşib.
Faktla bağlı araşdırma aparılır.