Hadisə
11:01, 29 iyun 2020
61
0

Bakıda ağır yol qəzası - YARALANANLAR VAR

Bakıda ağır yol qəzası - YARALANANLAR VAR
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Regiitv.az "Report"-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1986-cı il təvəllüdlü Abdullayev Zaur Rafiq oğlu və 1988-ci il təvəllüdlü Həsənov Hikmət Mehman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aliblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Z.Abdullayeva dös qəfəsinin küt travması və alin nahiyəsinin əziyi, H.Həsənova isə alın nahiyəsinin cırılmış yarası və bədənin muxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: