Gündəm / Cəmiyyət
21:23, 29 aprel 2024
59
0

3 nömrəli Respublika xüsusi internatı ilə bağlı paylaşılan yalanlar üzə çıxdı

3 nömrəli Respublika xüsusi internatı ilə bağlı paylaşılan yalanlar üzə çıxdı

Son vaxtlar sosial şəbəkələrdə Sağlamlıq İmkanları Məhdudlaşdırılan uşaqlar üçün 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbi haqqında bir-birinin ardınca paylaşılanlar bizim də diqqətimizi çəkdi. Vəziyyətlə yaxından tanış olmaq üçün əslən Qərbi Azərbaycandan olan əməkdaşımızı araşdırma aparmaq üçün göndərdik adı çəkilən məktəbə.

Uzun müddətli, ətraflı araşdırmalardan sonra həmin məktəbdə vəziyyətin paylaşılanların tamamilə əksinə olduğu nəticəsinə gəldik. Məktəbə yeni təyin olunmuş direktor Tariyel Əkbərovun rəhbərlik etdiyi müddətdə orada yaşayan və təhsil alan şagirdlərin həyatında əsaslı dəyişikliklər başlayıb.

Qidalanmadan, təhsilə kimi baş verən müsbət istiqamətli dəyişiklikləri görməmək mümkün deyil.

Eşitdiyimiz çoxsaylı məlumatlara görə vaxtilə həftədə bir həftə işə gəlib 1-2 saat orada çay içib, kiçik həcmli al-ver edib evinə gedən, ayın axırında 30-32 saat dərsin pulunu alan, lakin şagirdlərin üzünü belə görməyən bir qrup müəllimlər də ciddi şəkildə işə cəlb olunublar.

Bu da bir qrup "müəllimlər"də bir sıra narazılıqlara səbəb olub. Hansı ki, şagirdlərə dərs keçmək əvəzinə bütün günlərini telefonlarıyla kimlərinsə şəklini, videosunu çəkən, kimlərinsə həyatına müdaxilə edən bu "müəllimlər" yalan-yanlış məlumatları sosial şəbəkələrə ötürürlər.

Kollektivin böyük bir hissəsi əslən Qərbi Azərbaycandan olan müəllimlərdir, bu müəllimlərin hər birinə hər zaman çox böyük diqətlə, qayğıyla yanaşılıb. Digər bölgələrdən olan müəllimlərlə heç bir ayrı-seçkilik, heç bir fərq qoyulmayıb. Məktəbin adını hallandıraraq gündəmə gətirən Könül Səmədli öz düşüncəsinin məhsulu olaraq Qərbi Azərbaycan mövzusunu yaratdı ki, kollektiv arasında ikitirəlik, qarşıdurma yaşansın. Bu isə sadəcə adı çəkilən şəxsin düşüncəsinin ortaya çıxardığı bir şeydir. Sözügedən məktəb kollektivinin bütün üzvləri də bunu təsdiqləyir.

Qeyd edək ki, həmin məktəbin direktoru Tariyel Əkbərov, Təhsil nazirinin əmri ilə direktor təyin olunub. Uzun illər böyük bir rayonun təhsil şöbəsinin müdiri işləmiş, dərin təcrübəyə malik Tariyel Əkbərov rüşvət almır, kiminsə haqqını yemir, qanuna zidd bir addım belə atmır, dövlətçiliyimizin inkişafı üçün əlindən gələni edir.

Ancaq bir sıra hansı ki, artıq qrup adlandıra biləcəyimiz dırnaqarası müəllimlər, gah istirahət vaxtı əsassız şəkildə rəhbərliyi izləyir, hara getdiklərinin videosunu çəkir, sosial şəbəkələrdə paylaşacaqları ilə şantaj edir, gah da kiminsə şərəf və ləyaqətini alçaldan ifadələrlə ailəlikcə sosial şəbəkələrdə paylaşır.

Bir ailənin ağsaqqallı öz gəlininin, nəvəsinin yanında ağır təhqiramiz ifadələr işlədirsə o ailədə hansı tərbiyədən danışmaq olar axı?

Bir neçə il öncə telekanallardaki verilişlərin birində həmin qayınatanın bu gəlinindən şikayət etdiyini, həbelə canlı yayım zamanı o gəlinin də necə nalayiq, təhqiramiz bir azərbaycanlı xanımına yaraşmayan ifadələrlə bu məhşur qaynatanı söydüyünə şahid olmuşdu izləyənlər.

Bütün bunlar azmış kimi eşitmə və nitq məhdudiyyəti olan bir uşağı döyüb, xəsarət yetirən bir müəllimin hərbi geyimli qardaşı ilə direktora hücum edib, öz rütbəsindən və vəzifəsindən sui-istifadə edərək direktoru təhtid etmişdir.

Bu müəllimlərlə çalışmağın nə qədər çətin olduğu açıq-aydındır. Məktəbdə işləyən bütün müəllimlər artıq bu insanlarla çalışmağın mümkün olmadığını, onların işinə mənfi təsir etdiyini və sosial şəbəkələrdə paylaşılanların ailələrində ciddi narazılıqlara səbəb olduğunu söyləyirlər.

Ümidvarıq ki, aidiyyatı qurumlar bu dırnaqarası müəllimlər haqqında tədbir görəcək. Biz bu məktəbin direktoruna və kollektivinə səbir və işlərində uğurlar arzu edirik.
Digər xəbərlər: