Təhsil
Masallı təhsil sistemi niyə büdrəyir? - İTTİHAM
Masallı rayon ziyalıları (təhsil işçiləri) RTŞ-nin mudiri Tariyel Ələkbərovla bağlı prezidentə və nazirə növbəti dəfə müraciət ünvanlayıb.
İxa.az saytına ünvanlanan ittiam dolu müraciəti olduğu kimi təqdim edirik:
"Biz ziyalılar Əkbərov Tariyelin son zamanlarda törətdiyi əməllərin statistikasını qısa olaraq nəzərinizə çatdırırıq.
Əvvəala bildirək ki, drektorların işə qəbulunda imtahan verərək vakant yerlərə namizəd olan müəllimlərin hər birindən 10 min manat pul tələb edir. Pulu verməyən adamları imtahanın müsabiqə mərhələsində vurdurur və təyinat almağa imkan vermir.
Cənab prezident demək olar ki bu hər kəsin gözləri qarşısında baş verir. Halbuki Siz, işə qəbulda ədalət prinsipini və səffaflığı təmin etməyi tələb edirsiniz. Əfsuslar lsun ki, bu pirinsip Masallı təhsilində işləmir.
Qeyid edək ki, yeni dərs ilində mövcud qanunvericiliyə zidd olaraq, vakant dərs saatları olmayan məktəblərə 65 yaş həddini aşmış və meyarlara cavab verməyən müəllimlərin hər birindən 1000 – 1500 manat alınaraq, müvəqqəti müqavilə bağlanılır.
Son illər Bakı məktəblərindən “transfer” olunan şagirdlərdir ki, bir gün də məktəbə gəlməmiş, hətta bəziləri nəinki “oxuduğu” məktəbi tanımır, bəlkə də Masallının hansı zonada yerləşdiyini bilmir. Amma həmin şagirdlərin hər birinə görə Bakıdan Masallıya “transfer” olunması üçün Əkbərov T. 1500- 2000 manat rüşvət almışdır.
Tarifləşmənin təsdiq olunması ücün hər bir məktəbdən 200 manat pul tələb edilir. Abunə pullarını və tarifləşmə üçün tələb olunan məbləği almaq məqsədilə hər gun saat 2-də bizi kabinetə cağırtdırıb 15-20 nəfəri bir yerdə qəbul edərək hədə-qorxu gəlir, təhqir edir. Eyni zamanda axsamlar içki məclislərinə sərxoş olduqdan sonra, badə yoldaşlarının yanında nəyə qadir oldugunu göstərmək üçün gece 11-12 radələrində bizə zəng edərək təhqir edir, aşağılayır və yoxlama ilə hədələyir.
Yuxarıda göstərilənlərin həqəqət olduğunu bilmək üçün, RTŞ-nin baş mühasibinin otağındakı haqq-hesab dəftərinə baxmaq kifayətdir. Həmin dəftər reallığı tam əks etdirir.
Həftədə ən azı iki dəfə çağırılan şura iclaslarında ancaq müxtəlif təyinatlı pul yığımından və lazımsız tədbirlərə şagird-müəllim kollektivlərinin iştirakının vacibliyindən danışılır. Məntiqsiz və mənasız cümlələrdən ibarət nitqi yalnız direktorları hədələmək, səxsiyyətlərini aşağı salmağa hesablanır. Həmin iclaslarda tədrisin keyfiyyəti və inkişaf istiqamətləri barədə heç bir məsələ müzakirə olunmur. Saatlarla davam ed.n bu iclasların mahiyyəti tabeliyində olanları qorxu və təhdid altında saxlamaq istəyindən başqa bir şey deyil. Belə mənasız və lazımsız iclaslar bizi işimizdən ayırır, təhsilə sərf etməli olduğumuz zamanımızı məhdudlaşdırır.
İllərdir ki məktəblərin pedaqoji kollektivi, texniki heyəti, biz başda olmaqla həftədə bir neçə dəfə məcburi iməciliklərə çıxarılırıq. İməciliklərin məqsədi isə rayondakı küçə və meydanların, xüsusən idarə və təşkilatların, özəl müəssisə və dükanların qarşısını süpürüb təmızləməkdən ibarətdir. Qəbul edərsiniz ki, bu, müəllim və ziyalı üçün təhqirdir. Bizi nüfuzdan salan səbəblərdən biri də küçə süpürməyə məcbur edildiyimiz belə iməciliklərdir. Əkbərov T-in yerində olmayan düşüncəsi və bacarıqsızlığı ucbatından Komunal Təsərrüfat İdarəsinin vəzifəsini biz yerinə yetiririk. Təhqiredici olsa da Masallı RTŞ,bu gün həmin idarənin “küçə təmizliyinə nəzarət” şöbəsi funksiyasını yerinə yetirir.
Əkbərov Tariyel rayonda fəaliyyət göstərən “Elm yolları” adlı özəl kursla dil taparaq məktəblərdə II-XI sinifləri əhatə edən məcburi sınaq imtahanları keçirtdirir. İmtahana giriş hər bir şagird üçün 4 manatdır. Sonuncu belə sınaq imtahanı Nazirliyin icazəsi və məlumatı olmadan oktyabrın 24-də ümumtəhsil məktəblərinin IX sinifləri üçün keçirilmişdir. Yeni imtahan modelinə əsaslanmayan, primitiv suallardana ibarət olan, əksər test kitabçalarındaxarici dil fənninə aid sualların olmadığı bu imtahana görə hər bir şagird 4 manat ödəməli oldu. Nəzərinizə çatdırırıq ki, rayon ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 2000 nəfərdən çoxdur. Hətta müəyyən səbəblərdən imtahanda iştirak etməyən şagirdlər üçün də bizə ödətdirdi. Bu, Əkbərov T. bir gün ərzində etdiyi fırıldaqdır.
RTŞ müdiri Əkbərov Tariyel rayonun 30-dan yuxarı məktəbinin hər birindən 1 texniki işçi kartını müsadirə edib özəlləşdirmişdir ki, illərdir həmin kartlara ödənilən pulları yaxın qohumları vasitəsilə bankomatdan çıxarır və mənimsəyir.
Ölkədə idman sahəsinə göstərilən diqqət və qayğı Əkbərov Tariyel kimi “daşdan pul çıxarmağı” bacaran bir fırıldaqçının diqqətindən yayına bilməz. 2019-cu il 4-5 noyabr tarixlərdə Masallıda V-VII sinif şagirdləri arasında respublika atletika turnirinə seçim turu keçirildi. Turda bütün məktəblər iştirak edirdi. Mərhələ bitdikdən sonra Əkbərov T. ənənəvi olaraq , bizi otağa çağırtdırdı və rayon Gənclər və İdman idarəsinı gedib təcili qeydiyyatdan keşməyimizi tələb etdi. Qeydiyyat üçün isə təbii ki, müəyyən miqdarda pul tələb olunur. Əkbərov .Bütün bu təşkilatlarla işbirliyinə şərikdir və yığılan pulda onun payı 50%-dir.
Rayonda 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Əkbərov Tarıyel elə bir şərait yaratmışdır ki, həmin müəssisələrin hər birində kifayət qədər “adı var, özü yox” qruplar fəaliyyət göstərir və təbii ki, həmin qrupların pulu Əkbərov Tarıyelə çatır.
Belə ki, rayonda bilərəkdən şayiə yaydırır ki, guya onu Mehriban xanım Əliyevaya tapşırıblar və məsələ həll olunub. Lakin biz ziyalılar və rayon camaatı yaxşı bilirik ki birinci vitse-prezident, YUNESO və İSESCO – nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkədə korrupsiya və rüşvətin qarşısının alınması, təhsilin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərin qorunması yolunda daim çalışır və müxtəlif layihələrə imza atır. Birinci xanımın məqsədi rüşvətxor və korrupsiyaya bulaşmış belə məmurların yolunda yaşıl işıq yandırmaq deyil, əksinə, onları sıradan çıxarıb, təhsil, səhiyyə və mədəniyyət sahələrini inkişaf etdirməkdir. Əkbərov, bu tip şaiyələri yaymaqla ölkə rəhbərliyini, hakimiyyəti, xüsusən cənab Prezidenti və onun xanımını gözdən salır. Məsələ bu qədər ciddidir
Daha çox xəbər: