Sosial
Taleh Kazımov: "Azərbaycanda banklararası təminatsız bazarın həcmi 6 dəfə artıb"
Bu il avqust ayına Azərbaycanda banklararası təminatsız bazarın həcmi ötən ilin sentyabr ayı ilə müqayisədə təxminən 6 dəfədən çox artaraq 787,5 milyon manatdan 4,9 milyard manata çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Global Finance”a müsahibəsində deyib.
O bildirib ki, banklararası təminatsız bazarın inkişafı Mərkəzi Bankın əsas prioritetlərindən olub:
“Bu istiqamətdə 3 əsas məsələyə infrastrukturun inkişafı, iştirakçıların (bankların) bazarda fəallığının təşviq edilməsi və baza qısamüddətli faiz dərəcələrinin formalaşdırılmasına diqqət yetirdik. Hesab edirəm ki, bu sahədə çox şey əldə etmişik. Bu, banklararası pul bazarının bu seqmentində böyük perspektivin olduğunu göstərir.
Bundan başqa, təminatsız bazar üçün qısamüddətli etalon faiz dərəcəsi kimi AZIR indeksi formalaşdırılıb. Buna paralel olaraq banklararası təminatlı bazar da inkişaf etdirilib və bu məqsədlə AINA indeksi formalaşdırılıb.
Son məqsədimiz qısamüddətli faiz dərəcələrini pul siyasəti dəhlizi daxilində idarə edərək uzunmüddətli faiz dərəcələrinə təsir etməkdir”.
Daha çox xəbər:
2019-cu ilin nəticələrinə görə“Bank Respublika”nın aktivləri 44% artıb
Ölkəmizdə gələn turistlərin sayında rekord - ARTIM
Qubad İbadoğlu: "Gələn il iqtisadiyyat və əhali üçün ağır il olacaq"
Prezidentdən maaş və pensiyalarla bağlı MÜJDƏ
“AzərTürk Bank”ın gəlirləri 30 dəfə azaldı - ÇÖKÜŞ
Əməkhaqqı fondunda ciddi artım olub - Nazirlik
Bank sektorunda öhdəliklərin yerinə yetirilməsində problem var? - RƏSMİ
SOCAR istiqrazlarının 12-ci faiz ödənişi həyata keçiriləcək
Azərbaycanda GÖMRÜK PARADOKSU: - İdxal və ixrac azalsa da, gömrük yığımları artıb
"Bu qadağa və sərt nəzarətin ən böyük fəsadı qara bazarın dirilməsi ola bilər" - ekspert