İqtisadiyyat
12:43, 28 iyul 2020
65
0

“AzərTürk Bank”ın gəlirləri 30 dəfə azaldı - ÇÖKÜŞ

“AzərTürk Bank”ın gəlirləri 30 dəfə azaldı - ÇÖKÜŞ
“AzərTürk Bank”ın 2020-ci ilin birinci yarısı üzrə maliyyə hesabatı açıqlanıb.

“MediaPost” xəbər verir ki, ilk 6 ayda bankın faiz gəlirləri 3.77% azalaraq 10,358 milyon manat, faiz xərcləri isə 17.32% azalaraq 3,055 milyon manat təşkil edib.

Bu dövrdə bankın qeyri-faiz gəlirləri də 0,04% azalaraq 4,756 milyon manat, qeyri-faiz xərcləri isə 3,21% artaraq 11,602 milyon manat olub.

Nəticədə bank ilk yarım ili 26 min manat mənfəətlə başa vurub. Bu isə 2019-cu ilin birinci yarısı ilə müqayisədə 29,7 dəfə azdır. Belə ki, ötən ilin eyni dövründə bankın xalis mənfəəti 774 min manat təşkil etmişdi.

Hesabatda diqqət çəkən məqamlardan biri mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatların 431 min manata qədər artırılmasıdır. Halbuki, 2019-cu ilin birinci yarısında bu ehtiyatlar 188 min manata qədər azaldılmışdı. Bu isə “AzərTürk Bank”ın riskli aktivlərinin artmasından xəbər verir.

Bu dövrdə bankın ümumi aktivləri (2,9% və yaxud 10,196 milyon manat azalma) 337,522 milyon manat, cəmi öhdəlikləri 281, 747milyon manat (3,5% və yaxud 10,371 milyon manat azalma), cəmi kapitalı isə 55,775 milyon manat (0,3% və yaxud 175 min manat azalma ) təşkil edib.
Digər xəbərlər: