Sosial
Ölkəmizdə gələn turistlərin sayında rekord - ARTIM
Sentyabrda Azərbaycana rekord sayda tusit gəlib.
Dövlət Turizm Agnetliyindən verilən məlumata görə, 2019-cu ilin sentyabr ayında ümumilikdə 280 min nəfər Azərbaycan sərhədlərini keçib. Bu da 2018-ci ilin sentyabr ayına nisbətən 48 min və ya 20.8 faiz çox xarici vətəndaş deməkdir.
Ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən qeydə alınıb. İran üzrə artım 33 minlə iki dəfə, Mərkəzi Asiya ölkələri üzrə isə 88 faiz qeydə alınıb. Gələn əcnəbilərin 6.7 min və ya 13 faiz çoxu Gürcüstanın, 5.3 min və ya 8 faiz çoxu Rusiyanın payına düşür.
Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 231.8 faiz artım deməkdir.
Cənubi Asiya ölkələri arasında Hindistandan (83.7 faiz və ya 3 min), Yaxın Şərq ölkələri arasında isə Səudiyyə Ərəbistanından (96.1 faiz və ya 3.8 min) gələn qonaqlar arasında kəskin artım müşahidə olunur.
2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana gələn xarici qonaqların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9.6% artaraq 2.4 milyona çatıb.
Sentyabrda olduğu kimi yanvar-sentyabr dövründə də gələnlərin əksəriyyətini (1.26 milyon və ya 52 faiz) Rusiya və Gürcüstan vətəndaşları təşkil edib. Sonuncu üzrə artım 94.5 min və ya 21.7 faiz olub.