Sosial
“Azərbaycan Polisi Öldürmür, Işğal Etmir,Qoruyur…DİN-Nin Polisi Erməni Deyil, Azərbaycanlıdır!!!”-Jurnalist Aybəniz Abdulova
Bu məqaləmi oxuyan həmkarlardan (Vətəndaşlardan) heç biri məndən incik düşüb arxamca ağız büzməsinlər. Sadacə olaraq Gədəbəy rayonunda baş verənlər haqqında bir çox ümumi məqamları qısa olaraq qələmə almağa çalışacağam…(Hələlik)
Əgər bu gün aksiyaların təşkil olunması dünyanın hər yerində mümkün olduğunu nəzərə alsaq, onda Azərbaycanda baş verən aksiyaya da bu qədər də təcüblənməyimizə dəyməz.
Şəxsən mən bir media əməkdaşı olaraq, aksiya iştirakçılarının polisə qarşı bu cür qeyri-etik davranışlarını birmənalı olaraq qınayıram. Səbəb olduqca sadədir. Sözügedən rayonda bu gün baş verən hadisələr onu deməyə əsas verir ki, bəzi vətəndaşlarımız dövlətin qanunlarına tabe olmaq istəmirlər. Yazılmamış qanunlarla öz ambisiyalarından əl çəkmək istəmirlər. Belə olan halda vətəndaş özbaşınalıqlarının qarşısını almaq üçün ən ağır məsuliyyət Polisin üzərinə düşür. Ən qorxulusu da budur ki, bu zaman onları sakitləşdirmək olduqca çətin olur. Etiraz aksiyaları zamanı kimisi polislərə daş atır, kimisi səs tonunu qaldırır, kimi sözlə, kimisi də hətta təhqir belə etməkdən çəkinmirlər. Vicdanla xidmət edən Polislərimizin işgüzar nüfuzuna, şərəf və ləqaqətinə xələl gətirirlər. Bu, əlbəttə ki, yolverilməzdir. Belə həssas bir məqamda Polis yenə də vətəndaşların dərdinə şərik olur, təmkinini pozmadan susur.
Vətəndaşların Polisə qarşı bu cür hörmətsizliyi hesab edirəm ki, ölkə daxilində baş verən bütün hadisələrə hər zaman dərhal obyektiv reaksiya verən Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov üçün bu, heç də xoş deyil.
Axı, bu gün DİN-də polis adını uca tutan, bu şərəfli peşənin andına sadiq qalan öz vəzifə borclarını vicdanla yerinə yetirən polislərimiz xidmət edir.
Tarixə bir anlıq nəzər salaq və erməni vəhşiliklərini xatırlayaq…. Təkcə onu qeyd edim ki, Milli ordumuzun hələ yaradılmadığı o müharibə illərində
bayrağımızı zirvələrdə dalğalandırmaq naminə canını, qanını torpaqlarımızın qorunması uğrunda qurban verən mindən artıq qazi və şəhid olan Milli Polislərimiz var idi. Bu gün onların müqəddəs xatirələri əlbəttə ki, qəlbimizdə əbədi yaşayır və yaşamaqdadır. Biz onları unutsaq, unudularıq.
Bütün yuxarıda qeyd etdiklərimə yekun vuraraq, aksiyanın görünməyən tərəflərinin analitik təhlildən sonra belə demək olar ki,bu gün ölkəmizin bəzi vətəndaşları üçün Polis qəhrəman olmaya bilər. Amma heç vaxt Azərbaycan polisi Ermənistanın erməni polisi ilə zərrə qədər belə müqayisə edilə bilməz!
Bunu heç kim unutmasın ki, Polis insan öldürmür, Polis torpaq işğal etmir, Polis dövlətini və onun vətəndaşını qoruyur. Bizim Polis erməni deyil, azərbaycanlıdır!!!
Buna əsla şübhə etməyə dəyməz. Ölkəmizin Polisləri haqqında yazılası, təriflənəsi o qədər bitməz cümlələrim var ki…
Yazıram ki, polislər xidmətlərinə verilən qiyməti, dəyəri sayt və qəzet səhifələrində oxuyub şad olsunlar. Bu, onların halal haqqıdır.
Polis deyəndə, gözlərim önündə təbiətən gözütox, alicənab, vicdanlı, başıuca, amalı təmiz, xoş simalı, sözün əsl mənasında qayğıkeş, həssas, istiqanlı, humanist, mehriban və sadə bir insan ən əsası dövlətini və xalqını ürəkdən sevən, Vətəninə bağlı olan ona ləyaqətlə, vicdanla xidmət edən Polis canlanır.
Yuxarıda sadaladığım bütün bu müsbətləri bir amalla özündə birləşdirib Azərbaycan Polisi.
Bəzi məmurlarımız var ki, özlərini qəbul zamanı vətəndaşla ünsiyyətdə təkəbbürlü, zəhmli göstərirlər. Fəhləyə əl verib görüşməyi belə özlərinə rəva görmürlər. Bəlkə də, elə buna görə vətəndaşların hörmətini qazanıb yaxşı insan kimi nəinki yaddaşlarda qalmır, heç xatırlanmırlar.
Polislərlə bir media işçisi kimi əməkdaşlıq etdiyim üçün əminliklə qeyd edə bilərəm ki, rütbəsindən asılı olmayaraq istənilən bir polis əməkdaşı qəbuluna gələn vətəndaşlarla əl tutub görüşər, kimin nə çətinliyi problem varsa otaqdayam buyurub gəlsin deyər. Mən Polislərimizin vətəndaşlara nə qədər hörmətlə yanaşaraq qayğı göstərdiklərinin şahidi olmuşam.
Bu gün yeganə fasiləsiz xidmət edən dövlət strukturu yalnız Daxili İşlər Nazirliyidir ki, qapısı hər bir vətəndaşın üzünə açıqdır. Belə ki, günün istənilən anında vətəndaş şikayətini çəkinmədən Polisə yaxınlaşıb bildirə bilir.
Vətəndaşları dinləməyi, təmkinlə qulaq asmağı bacaran, hətta, köməyə ehtiyacı olan vətəndaşlarımıza humanist yardım edən polislərimizdə az deyil.
Belə bir sadəlik onların yaraşığıdır. Bu onun nəticəsidir ki, bu gün xidmətdə olan Polislərimizə hörmətimiz, ehtiramımız olduqca sonsuzdur.
Azərbaycan Polislərimizin xidmət yolu bütün dünyada hər kəsə örnəkdir!
Əlbəttə, belə uzun Şərəfli yolu davam edən Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü də bizim üçün əlamətdar bayramdır.
Onlar fəaliyyət göstərdiyi xidmətlə bu 105 il ərzində ictimai asayişi qoruyaraq dövlətinə sadiqliyini hər zaman sübut edib və vətəndaşlarımızın təhlükəsizliyini təmin edib, kiçikdən-böyüyə hər kəsə dəstək olub!
Bu gün mən bir media əməkdaşı kimi Sizlərə təşəkkür edirəm. Siz vətəndaşlara dəstək olduğunuz kimi, mən də jurnalist olaraq hər zaman Sizə dəstəyəm, Əziz, Polislər!
Bu əlamətdar tarixi gün münasibətilə başda Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazov olmaqla, Daxili İşlər Nazirliyinin
şəxsi heyətini 2 iyul Azərbaycan Polisi Günü- peşə bayramı münasibətilə ürəkdən təbrik edib, çətin və şərəfli xidmətinizdə uğurlar arzulayıram! Peşə Bayramınız mübarək olsun, Azərbaycan Polisi!!!
regiitv.az
Daha çox xəbər:
“Azərbaycan Polisi Öldürmür, Işğal Etmir,Qoruyur…DİN-Nin Polisi Erməni Deyil, Azərbaycanlıdır!!!”-Jurnalist Aybəniz Abdulova
Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu
Azərbaycanda YPX avtomobili polis əməkdaşını vuraraq öldürüb - Rəsmi
DTX-nin son əməliyyatına Milli Məclisdən REAKSİYA - "...aqibəti belə olmalıdır"
"Mətbuat əgər bunu etmirsə, onda bu mətbuat deyil"
Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”
Polisllər tərəfindən saxlanılan xanım sürücü: Təcili Yardımın mənim arxamca gəlməsinə ixtiyarı yoxdur - VİDEO
Sizə maraqlı olacaq..
Yasamalda polisə zibil atan binada polis əməliyyat keçirib- VİDEO
Daxili İşlər Naziri,General-Polkovnik Vilayət Eyvazov Cənablarına!-Jurnalist Aybəniz Abdulova