Hadisə
Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu
Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.
Regiitv.az Publika.az-a istinadən xəbər verir ki, Qazax istiqamətində hərəkət edən "Mercedes S Class 500” markalı lüks avtomobil polisin "saxla” əmrinə tabe olmayıb.
10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub.
Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.
Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.
Daha çox xəbər:
Hacıqabulda polisi vuran sürücüyə cinayət işi başlanıb
Polisllər tərəfindən saxlanılan xanım sürücü: Təcili Yardımın mənim arxamca gəlməsinə ixtiyarı yoxdur - VİDEO
Bakıda "Land Cruiser"lə polisi vurub öldürən şəxs KİMDİR? - TƏFƏRRÜAT
Qatil maşın: avtomobil özbaşına hərəkət edib sahibini vurub öldürdü
Karantin qaydalarını pozan sərxoş sürücü saxlanılıb