Dünya
Lavrov nüvə müharibəsi riskinin yüksək olduğu qənaətindədir.
“Nüvə gücünə malik dövlətlər arasında toqquşmanın nüvə müharibəsinə çevrilməsi ehtimalı böyükdür”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa təhlükəsizliyi məsələlərinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri 2021-ci ilin iyununda nüvə silahını işə salmamaqla bağlı bəyanat vermişdilər: “Çünki nüvə müharibəsinin qalibi olmayacaq. Mən dedim ki, hətta nüvə dövlətləri arasında hansısa savaş da yolverilməzdir. Çünki kimsə ənənəvi vasitələrlə müharibəyə başlamaq qərarına gəlsə, bu toqquşmanın nüvə müharibəsinə çevrilmə ehtimalı var”.
S.Lavrov bildirib ki, Moskva Qərbin Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməklə bağlı ritorikasını narahatlıqla izləyir: “Qərbin özü, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa ukraynalıların əli ilə Rusiyaya qarşı apardıqları müharibədə birbaşa iştirakını artırmaq üçün hər şeyi edir. Bu, təhlükəli tendensiyadır".
Aslanov Təbriz|regiitv.az
Daha çox xəbər:
“Bu, beynəlxalq hüquqa qarşı növbəti saymazyana münasibətin təzahürüdür” – Lavrov
İran geri çəkilmədi, İsrail müharibə elan etdi - Dəhşətli döyüşlər BAŞLAYIR
Trampdan İrana: Ya çox axmaqsız, ya da çox qürurlu.
ABŞ qırıcıları havaya qaldırıldı - İranda nə baş verir?
Ceyhun Bayramovla Sergey Lavrov görüşəcəklər.
Vanqanın 2023-cü il üçün verdiyi proqnoz hər kəsi qorxudub.
Ruhani dünyanı SİLKƏLƏDİ: "Sizə 60 gün vaxt verirəm"
Tramp İranın “müsbət” və “pis” addımını açıqladı
SENSASİON GƏLİŞMƏ: Pakistan Türkiyəyə dünyanı dəhşətə gətirəcək BOMBA VERİR
Yerin asteroidlə toqquşma təhlükəsi var — NASA rəhbərindən XƏBƏRDARLIQ