Dünya
10:28, 15 dekabr 2020
85
0

“Bu, beynəlxalq hüquqa qarşı növbəti saymazyana münasibətin təzahürüdür” – Lavrov

“Bu, beynəlxalq hüquqa qarşı növbəti saymazyana münasibətin təzahürüdür” – Lavrov
Rusiyadan S-400 zenit-raket sistemləri əldə etməsi ilə əlaqədar Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürüdür.

Regiitv.az Pravda.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarına münasibət bildirərkən deyib.

“Bu, əlbəttə ki, beynəlxalq hüquqa qarşı növbəti saymazyana münasibətin təzahürüdür, ABŞ-ın illərdir – artıq on illərdir – sağa-sola istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir”, – Lavrov belə deyib.

Onun sözlərinə görə, bu cür davranış beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır.
Digər xəbərlər: