Dünya
ABŞ qırıcıları havaya qaldırıldı - İranda nə baş verir?
İranın nüvə alimi Möhsün Fəxrizadənin sui-qəsdlə öldürülməsindən sonra bəzi gərginliklər yaşanıb.
Redaktor.az xəbər verir ki, ABŞ-ın döyüş gəmisi "USS Nimitzd"dən təyyarələr havaya qaldırılıb. Bu gəminin sui-qəsddən bir gün əvvəl əraziyə gətirildiyi deyilir.
İran Prezidenti Həsən Ruhani isə bu qətldə İsraili günahlandırıb. O, cinayətkarların cəzalandırılacağını vurğulayıb.
Qeyd edək ki, Qərb ölkələri ilə İranı qarşı-qarşıya gətirən nüvə proqramının memarı olan Fəxrizadə dövlət tərəfindən xüsusi olaraq qorunurdu.