Dünya
14:55, 11 noyabr 2019
66
0

Tramp İranın “müsbət” və “pis” addımını açıqladı

Tramp İranın “müsbət” və “pis” addımını açıqladı
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın uranı zənginləşdirmək qərarı “çox pis addım” olacaq.

Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

“Əgər İran 12 il əvvəl orada itən keçmiş FTB agenti Robert Levinsonu ABŞ-a qaytara bilsə, bu, çox müsbət addım olacaq. Eyni zamanda, ehtimallara və daxil olan informasiyaya əsasən, İran uranı zənginləşdirir. Bu çox pis addım olacaq”, - deyə Tramp yazıb.

Xatırladaq ki, İran 2019-cu il mayın 8-də nüvə razılaşmasına dair öhdəliklərə qismən xitam verildiyini bəyan edib. Bu, ABŞ-ın İran nüvə proqramı üzrə hərtərəfli birgə fəaliyyət planından çıxdığını elan etdikdən düz bir il sonra baş vermişdi.

Sabiq FTB agenti və Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Levinson İranda 2007-ci ildə Kiş adasında yoxa çıxıb. ABŞ hesab edir ki, o, İranın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib, lakin Tehran amerikalının yoxa çıxmasında əli olduğunu inkar edir.
Digər xəbərlər: