Dünya
Ərdoğan: "Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin əhəmiyyətini artıracaq”
"Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı vilayətinin əhəmiyyətini artıracaq".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Türkiyənin Anadoludakı mövcudluğunun hər günü riyakar oyunlarla mübarizədə keçib: "Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasının səbəbi də məhz bu cür oyunlardır, bəzi ölkələrin səssizliyidir. Region ölkələri bu oyunların öhdəsindən yalnız birgə mübarizə nəticəsində gələ bilərlər”.
Ərdoğan həmçinin Zəngəzur dəhlizinin açılmasının Türkiyənin Ağrı vilayətinin əhəmiyyətini artıracağını söyləyib: “Əlbəttə, bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Çünki terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olur".
Daha çox xəbər:
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA
Şuşadakı türk məktəbinin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birlikdə atacaqlar
Türkiyə İstanbul Konvensiyasından çıxdı - SƏBƏB Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qərar imzalayıb.
Ərdoğan sözünü dedi: 44 gündə bizim dəstəyimizlə bu problem həllini tapdı...
Ərdoğanın Bakı səfərində 2 KRİTİK MƏSƏLƏ - Əliyevlə birgə...
Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan
Ərdoğan İraqa səfər edəcək Xarici 29 Aprel, 2019 13:34
Ərdoğan Azərbaycan Prezidentinə zəng edib
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Ərdoğan: Millətimizin arzu etdiyi Konstitusiya istəyirik
