Dünya
16:12, 24 mart 2021
64
0

Ərdoğan: Millətimizin arzu etdiyi Konstitusiya istəyirik

Ərdoğan: Millətimizin arzu etdiyi Konstitusiya istəyirik Türkiyənin yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı müzakirələr həm öz tariximizin, həm də müasirləşən dünyanın qəbul etdiyi şərtlər çərçivəsində tələb olunan reallıqdır. Millətimiz necə Konstitusiya arzu edirsə, biz də elə bir Konstitusiya istəyirik. Yeni Konstitusiya çevriliş tərəfdarlarının deyil, sözün əsl mənasında, millətin Konstitusiyası olmalıdır.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeddinci qurultayındakı çıxışında deyib.

Qeyd edək ki, Türkiyədə “Cümhur İttifaqı” siyasi blokunda yer alan AKP ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyənin yeni Konstitusiyasının qəbulu ilə bağlı ümumi razılığa gəliblər. Ölkə qanunvericiliyinə görə, yeni Konstitusiya ümumxalq səsverməsi - referendum yolu ilə qəbul ediləcək. Hakimiyyət bəyan edib ki, yeni Əsas Qanun ölkənin bütün təbəqələrinin maraq və hüquqlarına cavab verməlidir.
Digər xəbərlər: