Gündəm
21:18, 12 yanvar 2021
104
0

Ərdoğan sözünü dedi: 44 gündə bizim dəstəyimizlə bu problem həllini tapdı...

Ərdoğan sözünü dedi: 44 gündə bizim dəstəyimizlə bu problem həllini tapdı...
“Türkiyə Avropa İttifaqı (Aİ) ölkələri ilə NATO-da bir yerdədir, müttəfiqdir. Amma necə olur ki, Türkiyənin terrorla mübarizəsində bu ölkələr bizim yanımızda yer almırlar?”

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ, Liviya və Suriyada apardığı mübarizədə Aİ ölkələrindən dəstək almayıb: “ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini 30 ildə həll etməyi bacarmadı, amma 44 gündə bizim dəstəyimizlə bu problem həllini tapdı”.

Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi Aİ ailəsində layiq olduğu yeri tutmalıdır.
Digər xəbərlər: