Siyasət
Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində Türkiyənin Hatay vilayətində baş verən partlayışa münasibət bildirib.
Regiitv.az-ın məlumatına görə, paylaşımda Ərdoğan ölkənin təhlükəsizlik qüvvələrini Hatayda uğurlu antiterror əməliyyatı münasibətilə təbrik edib.
Türkiyə prezidenti qeyd edib ki, Türkiyə artıq bu cür hücumlarla idarə oluna biləcək bir ölkə deyil:
"Həm ölkə daxilində, həm xaricində terrorizmə və dəstəkçilərinə qarşı mübarizəmizi davam etdirəcəyik". //Trend