Sosial
09:09, 14 aprel 2022
98
0

Saytımıza gələn şikayətə əsasən

Saytımıza gələn şikayətə əsasən
Azərbaycanın Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti MEHRİBAN xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev cənabına.
Surəti :Azərbaycan Respublikasının Prezidentinin hüquq və mühafizə Orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənabına.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Əli Nağıyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov cənabına.
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Səbinə xanım Əliyevaya.

Binəqədi rayon, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, ev 40 - da yaşayan Ramazanov Dəyanət İnqlab oğlu tərəfindən
Əlaqə tele :(055) 789-47-43

MÜRACİƏT.

Hörmətli Prezident Cənabları !
Çox hörmətli Mehriban xanım !
Hörmətli Samir müəllim !
Hörmətli Fuad müəllim!
Hörmətli Əli müəllim !
Hörmətli Kamran müəllim !
Hörmətli Vilayət müəllim !
Hörmətli Səbinə xanım !
Mən ailəmlə birlikdə yuxarıdakı ünvanda yaşayıram. Özüm, bir balaca maşın təmiri üzrə sexdə işləyirəm. 03.10.2004-cü il təvəllüdlü oğlum Ramazanlı Nihad mənim yanımda maşın təmirinə maraq göstərirdi. Demək olar ki, kiçik yaşlarından bu işə maraq göstərdiyindən bu işə peşəkar kimi yanaşırdı. Odur ki, əvvəldən də, onun sərbəst işləməsinə qarşı çıxmamışam. Bir dəfə mənə tanıdığım bir adamın, Elşad adlı ustanın adın çəkib, onunla bir yerdə işləmək istədiyin dedi. Müstəqil işləməsinə və həmin ustanı, Elşadı tanıdığımdan etiraz etmədim. Artıq, 17 yaşı yenicə tamam olmuş oğlum, Ramazanli Nihad usta Elşadın yanında maşın matorunun təmiri üzrə köməkçi işləyirdi. Bir gün, bu hadisə olan günə qədər işə davamlı gedib, gələn oğlumdan işə niyə getmədiyini soruşanda, bildirdi ki, avtonəqliyyat vasitələrin təmir edilməsi üçün zəruri olan kaldırıcı kran işləmədiyindən, müdüriyyətə deyib, onlarda 200 ( iki yüz) manatda beh əvəzi oğluma veriblər ki, get bir, iki gün dincəl, ona qədər də kranı düzəltdirək. Bu iki günün tamamı günü, yəni, 25.02.2022-ci ildə, gecə saatlarında onların müdüriyyəti zəng edib, oğlumu səhər işə çıxmasını deyib. Səhər tezdən işlədiyi Sabunçu rayonunda, Zabrat yolunun üstündəki "FUL" servisə gedir. Obyektin sahibi Oman Orucov, Arzu Hüseyinzadə oğluma işə başlaya biləcəyini bildirib, kaldırıcı kranı düzətdirdiklərini deyib. Oğlum rəhbərliyin dediyi kimi işə başlayıb. Bu zaman görüb ki, kran necə lazımdı işləmir. Ordan aralanıb rəhbərlərinin yanına gedib, kranın yaxşı işləmədiyin deyib. Orman və Arzu oğluma gedib birtəhər işləməsini tövsiyə ediblər. Oğlum Nihadsa belə kran altına girib işləməyin təhlükəli olduğun, bunu o, edə bilməyəcəyini onların nəzərinə çatdırıb. Bu cür etiraz rəhbərliyin xoşuna gəlmədiyindən biədəb söyüşlə, - "200 manatı alıb cibinə qoyanda yaxşı idi"- deyib, bir daha təhqir edib, "- get canın çıxar işləyərsən" - deyiblər. Oğlum isə, bu cür vəziyyətdə işləməyəcəyini bildirib, çıxıb evə gəlmək istəyib ki, -" nə vaxt kranı düzəltdirərsiniz, gəlib işləyərəm" - deyib. Oğlumun çıxıb getmək istədiyin görən Oman və Arzu servisin qapısın bağlatdırıb, yenə küçə söyüşü ilə, uşağı söyüb, beh kimi verdikləri 200 manatı həmin dəqiqə qatarmasını tələb ediblər. Oğlum isə hazırda üstündə pulu olmadığını, əvəzinə nə vaxt istəsələr gəlib, həmin məbləğin artıqlamasına qədər işlərini görərəm deyib. Lakin onlar, "bu dəqiqə, tez ol,"- deyib uşağa əl-qol ataraq söyüblər. Oğlum Nihad, - "gedib sizdən şikayət edəcəm, atama deyəcəm" - sözündən sonra düşüblər oğlumun üstünə. Oğlum cibindən telefonu çıxardıb ki, mənə zəng edib, 200 manat götürüb gətirməmi istəsin, Arzu bu zaman uşağın əlindən telefonu alıb. Oğlum 800 manatlıq telefon 200 manata görə deyib, birtəhər işləməyə məcbur olub. Qaldırıcı kranın altına girib, rahat işləməsi üçün - "bir xətt, aşağı" - deməyi ilə qaldırıcı kran, üstündə maşınla oğlumun üzərinə düşüb. Servisə rəhbərlik edənlər Oman və Arzu, Elşad qaçıb aradan çıxıblar. Yaxınlığdakı təkər təmiri və maşın yuma sexinin işçiləri, oğlumun qışqırtısına gəlib, Təcili Tibbi Yardıma zəng edərək, oğlumu oradan, qaldırıcı kranın altından çıxarıblar. TTY oğlumu 3 saylı şəhər xəstəxanasına çatdırıb. Burada ilkin tibbi yardım edilib, baxımsız vəziyyətdə qalıb. Bu zaman Arzu və Elşad mənə zəng edib, Nihadın maşın altında qalıb, qıçı sındığını bildiriblər. Mən təcili hazırlaşıb gedəndə, bildiriblər, bəs "Milana" Hospitalına gəl. Mən birbaşa ora getdim. Orada əməliyyatdan sonra eşitdim ki, daxili qanaxma var. Biz oradan uşağı götürüb "CİTY" Hospitala apardıq. Burada Oman Orucov, Arzu Hüseynzadə, Elşad və tanımadığım bir neçə nəfərlə mənə yaxınlaşıb hüquq-mühafizə orqanlarına şikayyət etməməyimi xahiş etdilər. Və bildirdilər ki, sona qədər bizim, oğlumun yanında olacaqlar və bütün müalicə xərcini ödəyəcəklər. İmkansız olduğumdan və oğlumun vəziyyətinə görə, "hadisədi, daha olub" düşüncəsi ilə bunlarla razılaşmaq məcburiyyətində qaldım. Bunlar isə bundan sui-istifadə edib, bundan sonra heç bizi axtarmadılar. Mən məcbur olub borca- xərcə düşüb uşağımı 5 dəfə əməliyyat etdirdim. "CİTY ", "MİLANA" Hospitalarında, Tibb Unveristetinin Tədris Cərrahiyə Klinkasında, Bakı Sağlamlıq Mərkəzində müalicə etdirmişəm. Bu gündə müalicə etdirirəm. (Bu müalicə xərcini əlimdəki qəbzlər də təsdiq edir.)
Hörmətli Prezident !
Çox hörmətli Mehriban xanım !
Hörmətli adı bu müraciətdə keçən şəxslər.
Oğlumun sağlamlıq durumu olduqca təhlükəlidir. Yataq xəstəsidi. Ayağ üstə durması sual altındadı. Odur ki, onlara öz verdikləri sözü xatırladanda məni görüşə çağırıb, saatlarla gözlətdirib, sonrada telefonların söndürüb zənglərimə cavab vermədilər. Məcburiyyət qarşısında qalıb, Sabunçu rayon Polis İdarəsinin 12 saylı Polis şöbəsinə gəlib, olmuş hadisə ilə bağlı hansısa qeydiyyat aparılıb, aparılmaması ilə maraqlandım. Növbətçi hissədə olan polis əməkdaşı göy rəngli qeydiyyat kitabın bir neçə dəfə varaqladı, gözdən keçirib belə bir hadisənin ümumiyyətlə qeydiyyata almadıqlarını dedi. Və mənə Ayxan adında tədqiqatçı polis əməkdaşının yanına getməyimi məsləhət bildilər. Ayxan müəllim məni dinlədikdən sonra, mənimlə birlikdə növbətçi hissəyə gəlib, həmin göy rəngli kitabı bir daha nəzərdən keçirdi. Bu hadisə ilə bağlı heç bir qeydiyyat tapmadı. Mən Polis şöbəsindən çıxıb, DİN - nin 102 xidmətinə zəng edib, belə bir hadisə olur, nə qeydiyyat aparılır, yada xəsarət almış adamla heç bir hüquq mühafizə orqan əməkdaşı maraqlanıb, hadisənin necə baş verməsini soruşub, izahatın almayıb, dedim. Mənə gözlə, araşdırıb məlumat verərik dedilər. Səhəri gün DİN - nin 102 xidmətindən zəng edib, Sabunçu RPİ-nin 12 bölməsinə getməyimi məsləhət bildilər. Mən 12-ci polis bölməsinə getdim. Məni, polis tədqiqatçısı Ayxan müəllim qarşılayıb rəisin yanına apardı. Rəis mənim qarşıma qırmızı rəngdə bir qeydiyyat dəftəri qoyub, özüdə xırda həriflərlə yazılmış həmin hadisənin qeydiyyatın göstərdi. Bildirdi ki, bu istehsalat hadisəsi olduğuna görə bu işə prokurorluq baxmalıdı, deyib məni yola saldı. Oradan çıxıb yenə 102 xidmətinə zəng etdim. Mənə bildirdilər ki, siz Sabunçu rayon Prokurorluğuna gedin, sizi orada Tural adında əməkdaş qarşılayacaq. Tural müəllim məni qarşılayıb, məni dinləyib, nə isə yazıb- pozub, mənə prokurorun köməkçisi Qəhraman müəllimin yanına apardı. Qəhraman müəllimdə məni dinləyib 3 yerə zəng etdi, hadisənin qeydiyyata alınmadığını söylədilər. Mən, Qəhraman müəllimin yanından çıxıb gəldim evə. Bunlar, Oman Orucov, Arzu Hüseynzadəgil mənim yanıma adam göndərib, barışmaq istədiklərini, xərcləri, 15000 ( on beş min) manatın 5000 ( beş min ) manatın notarial qaydada nağd, qalanında hər ay 1000 ( bir min) manat olmaqla ödəmək istədiklərini mənə çatdırdılar. Mən xəstəxana məsrəflərinə aldığım borca görə, yenə bunlarla razılaşdım. Çünki həmin gün 3000 (üç min) manat ödəniş edib, oğlumu başqa xəstəxanaya aparmalı idim. Yenə məni aldatdılar. Yenidən mən, Sabunçu rayon prokurorluğunda Tural müəllimin yanına getdim. Tural müəllimə məni aldatdıqlarını deyəndə, Tural müəllim mənə bildirdi ki, "-Sən onlara neyləyə biləcəksən. Onlar öz insaflarına nə veriblər al bəsindi. Uzağı onlara CM - nin 161 - ci maddəsi ilə iş qaldıracam," braslet"lə 6 fırlanıb çıxacaqlar.
Sonradan Arzu ilə rastlaşanda mənə açıq şəkildə bildirdilər ki, sənin uşağının müalicəsinə bundan sonra bəlkə 30000 ( otuz min) manat lazım olacaq, biz verməli deyilik ki, deyib, bildirdi ki, 5000 (beş min) müstəntiqə, 10000 (on min) də prokurora vermişəm bəsdi.
Hörmətli Prezident !
Çox hörmətli Mehriban xanım !
Hörmətli adı bu müraciətdə keçən hörmətli şəxslər.
Mənim oğlum, kiminsə tamahı üzündən ömürlük şikəst qalıb. Bu gün onun gələcək taleyinə balta çalan insanların əllərin sallayaraq gəzmələrinin, bu cür hadisənin baş verməsini hüquq - mühafizə orqanlarında qeydiyyata alınmamasının, heç kimin zərərçəkmişdən bu günə qədər izahat alınmamasının demə gözə görünməz qüvvəsi varmış. Mənə çatan məlumata görə həmin obyekti Milli Təhlükəsizlik orqanının ehtiyyatda olan mayor əməkdaşıdır.
Sonda onuda vurğulayıb qeyd edim ki, oğlum, yuxarıda qeyd etdiyim kimi, onun döyülərək, nasaz qaldırıcı kranın altına salınması, məcburən həmin işin görməsi barədə yuxarda qeyd etdiklərim, oğlumun sonradan mənə danışdıqlarıdı. Yetkinlik yaşına çatmamış uşağa əvvəl şirnikdirib, sonra məcbur edilməsi bu faciənin baş verməsinə gətirib çıxardıb.
Odur ki, Suzdən xahiş edirəm, bu hadisə tərəfnizdən nəzarətə götürülsün, bu işdə günahkar olan şəxslər məsuliyyətə cəlb edilməsinə göstəriş verilsin.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hörmətlə : Ramazanov. D. İ..
Digər xəbərlər: