Cəmiyyət
18:46, 09 yanvar 2022
258
0

“POLEKS MMC” şikayət

“POLEKS MMC”  şikayət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti MEHRİBAN xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Daxil İşlər Naziri Vilayət Eyvazov cənabına.
Surəti : Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov cənabına.
Surəti : Bakı şəhəri, N. Nərimanov rayonu İcra hakimiyyəti başçısı Abdin Fərzəliyev cənabına.
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Səbinə xanım Əliyevaya.
Surəti : Regiitv. az saytının rəhbəri Təbriz Aslanov cənabına.

Bakı şəhəri, N. Nərimanov rayonu, Qarabağ küçəsi 44 A - da yaşayan 74 yaşlı İsmayılov Yavər Rza oğlu tərəfəndən
Əlaqə tele : 055) 798 - 15 - 85

MÜRACİƏT

Hörmətli Prezident !
Çox hörmətli Mehriban xanım !
Hörmətli Kamran müəllim !
Hörmətli Vilayət müəllim !
Hörmətli Eldar müəllim !
Hörmətli Abdin müəllim !
Çox hörmətli Səbinə xanım !
Hörmətli Təbriz müəllim !
Mənim 74 yaşım var. Ömrüm boyu ərizə nədi, şikayət nədi bilməmişəm. Ölkəmi, dövlətimi canım qədər istəmişəm. Harada işləmişəm, dövlətimi, dövlətçiliyimi hər şeydən üstün tutmuşam. Balalarımıda bu yöndə tərbiyyə etmişəm. Ömrümün bu yaşında, hansısa, ölkə başçısı demiş "qudurğanın" birinin əlindən, abrıma qısılıb, bu yaşda, adıma yaraşmayan hansısa xoşagəlməz hadisə törətmək istəmirəm. Buna məni məcbur edirlər. Heç, nə abır bilirlər, nə həya bilirlər, nədə böyük-kiçik sayırlar. 50 il hörmətlə yaşadığım məhəllədə addımbaşı, qeyri-qanuni hərəkətləri ilə məni özümdən çıxarmağa vadar edən, bizə ( oğluma) qarşı qeyri - insanı hərəkəti ilə hüquqlarımı pozub, aşağlamağa çalışan bir "qudurğanın" əlində qalmışıq.
Biz, ailə üzvlərimlə 50 il yaşadığım yuxarıdakı ünvanda yerləşən şəxsi mülkiyyətimdə olan evi, hamı kimi "Poleks" MMC - nin "Tikintib şirkəti" ilə müqavilə bağlayaraq onların həmin ərazidə tikdiyi və hələdə 5 ildən yuxarı tikintisi gedən binada, yuxardakı ünvanda, kv.m uyğun ev aldıq. Düzü həm danışıqlarımıza, həmdə müqavilənin bir çox müddasına uyğun olmayan mənzili sənədləşdirib, yaşamağa köçdük. Müqavilə şərtinə görə "təmirli mənzillə təmin" yazılsada, divarları, döşəməsi, yaman günlü bir mənzil idi. Abrımıza qısılıb, başmızı aşağı salıb, mənzillərmizi özümüz, öz vəsaitmiz hesabına təmir etdirdik. Həmin ərəfədə " Poleks"in direktoru Qasımov Kənan Ataş oğlu və qardaşı ilə, natamam, təmirsiz mənzillər barədə söhbət edəndə, dedilər, əmin etdilər ki, - " təmir edin, xərcinizi pulla, divar kağızı ilə təmin edərik." Lakin yekunda bu baş vermədi. Üstünədə gedilmədi. Lakin bu yaxınlarda olan söhbət əsnasında Kənan Qasımov oğluma qarşı kobudluğ etdi. Hansı ki, o oğlumdan bir 10, 15 yaş kiçikdi. Oğlumu şərləyib, dediyinin üstündən qaçıb, bizi susdurmaq yolun tutan bu, keçmiş deputat, sahibkar Əsabəli Qasımovun qardaşları olan "qudurğan" indi də, qanunsuzluqların davam etdirib, 300 nəfərlik bir məhəllə içində bizi aşağılayır. Oğlumun maşının həyətə buraxmır. Oğlum uşağı, xəstə anasını, 74 yaşlı məni gətirir, həyətə buraxılmır, yolun kənarında düşütdürür. Tək oğlumun maşınını. Buna o boyda səlahiyyəti kim verib görəsən...?
Bu mülkü məsələ deyil. Bu özbaşnalıq, qudurğanlıq, harınlıq, hegomonluqdur. Bunu nizamlayan, tənzimləyən bir kimsə olacaqmı...?
Odur ki, sizin hər birinizdən bu məsələnin, hansısa xoşagəlməz hadisə baş verməmiş, yoluna qoyulmasında mənə köməklik göstərməynizi xahiş edirəm.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Hörmətlə : İsmayılov. Y. R
Digər xəbərlər: