Siyasət
21:21, 28 dekabr 2020
145
0

Prezidenti İlham Əliyev - MÜRACİƏT

Prezidenti İlham Əliyev - MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti MEHRİBAN xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə - Hüquq Şurasının sədri Fikrət Məmmədov cənabına.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi
Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev cənabına.
Surəti : Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlakçıların hüquqlarının müdafiəsi üzrə idarəsinin rəisi
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman) Səbinə xanım Əliyevaya.
Binəqədi rayonun Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4-cü mədən ərazisi, fərdi evdə yaşayan Comərdov Elxas Səfi oğlu tərəfindən
Müraciət.
Hörmətli Prezident !
Mən bu müraciətimlə baş verən və başıma gətirilən qanunsuzluqların hüquqi müstəvidə, ədalətli həlli yönündə qarşılaşdığım özbaşnalıq, süründürməçilik, haqqsızlığ, hüquqlarımın gözüm baxa - baxa pozulmasından çıxardığım nəticənin təssüratlarıdır. Bilirəm Sizə ünvanlanan məktubları Siz oxumursunuz. Amma aparatın bu işə məsul şəxsləri mənim düşüncəmə və idarəetmədən anlayışıma görə şəxsən Sizə ümumi məcmuəni və yada məlumat xarektirli hesabatı verməlidilər. Yada ən azından bu cür haqqında israrlı olanın yazdıqlarının ciddi araşdırılmasını Sizin adınızdan aidiyyatı qrumun rəhbərliyinə tövsiyyə kimi də çatdıra bilər. Odur ki, bunun necə icra olunmasından aslı olmayaraq bəri başdan, açıq bəyan edirəm ki, mən şəxsən bu 4 məhkəmə işinin ciddi araşdırılmasına nail olunana, istər sosial şəbəkədə, istərsədə poçtunuza ünvanlanan müraciətlərimi göndərəcəm. Məqsədim heç də qanunların tapdanılaraq xeyrimə qərar çıxarılması yox, ədalətli qərar çıxarılmasına nail olmaq istəyimdir. Bu başdan da deyirəm, əgər məni qeyri - qanuni yolnan susdurmaq istəyəcəklərsə, açıq deyim. Uşaq vaxtı çox qonşunun toyuğuna daş atıb qıçın slndırmışam. Çox nadinc olmuşam. Buyursunlar....
Çox hörmətli cənab Prezident !
Sonuncu məhkəmə iclasında, Abşeron Məhkəməsində hakimin qeyri-obyektiv mövqey sərgiləməsinə etiraz olaraq cəhbədə, Sizin rəhbərliyniz altında aparılan uğurlu əməliyyatlardan məndə vəchə gəlib, hakimə etiraz əlaməti olaraq - İNŞALLAAH PREZİDENTİMİZ CƏHBƏDƏ QƏLƏBƏDƏN SONRA ARXADA BÖYÜK MÜHARİBƏYƏ BAŞLAYIB, BÜTÜN HAQSIZLIĞA SON QOYACAQ - deyərək narazılığmı bildirdim. Lakin əfsuslar olsun ki, sözümdən ani olaraq fikrə gedən hakim nəticə çıxardı, nədə ölkədə gözlədiyim ədalətsizliyə qarşı Müharibə, Mübarizə gördüm. Odur ki, bu çətin yola özüm çıxıb, HAQQIMIN, HÜQUQUMUN bərpa olunması üçün çalışacağıma söz verdim. Heçdə istəyim, niyətim haqqımın, hüququmun bərpası, istədiyim, arzuladığım kimi olması yox, ƏDALƏTLİ qərarın çıxarılmasıdır. Buna illərimi də sərf etməyi qarşıma məqsəd qoymuşam.
Hörmətli Prezident !
Mən əvvəlcədən onu vurğulayım ki, bir vətəndaş, cəmiyyətin fərdi üzvü kimi, hansısa bir işimlə əlaqədar mənimdə HAQQ, ƏDALƏT axtarışında olub HÜQUQLARIMI, QANUNLARLA məhkəmələrdə axtarmışam...
Lakin məhkəmələrdə gördüyüm bu olub....

Haqq - ədalət..

Haqq, tanınmaz hala düşüb, itib, yoxdu kimliyi,
Ədaləti sındırıblar, alçaldılıb mənliyi,
Şər, şeytanla hər bir yerdə yenə qurub şənliyi,
Qanunlarsa ayaq altda, gəlib - gedən tapdayır.
Gör nə qədər zavallısı gəzib hüquq, axtarır,
Amma yazıq bilməyir ki, hüquq çoxdan axtadır,
Haqq-ədalət, hüquq- qanun mərəkəsi saxtadır,
İllər keçir, bir binavə hüququnu tapmayır.
Budur mənim məmləkətmin görünəni, görəni,
Bilirsənmi nə qədərdir bu cür dərdnən öləni..?
Şərləyiblər, tutdurublar, danışanı, dinəni,
Buna çoxu şükür deyir, ürəyimsə partlayır.
Bəli, bu mənim məhkəmələrmizdə gördüyüm eybəcərliklərin yaratdığı təəssüratdı. 4 məhkəmə işində rastlaşdığım 6 hakimin, Kürdəmir rayon Məhkəməsinin sədri, Ağsu rayon Məhkəməsində müvəqqəti hakim vəzifəsini icra edən Müseyib Bayramov, Sumqayıt İnzibat - İqtisad Məhkəməsinin hakimi İsmayıl Quliyev, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Hökumə Babayeva, Nəsimi rayon Məhkəməsinin hakimi Rəşid Səmədov, Bakı Apellyasiya Məhəməsinin hakimi İkram Şirinov, Abşeron rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyeva məndə Azərbaycan ƏDALƏT MƏHKƏMƏLƏRİNƏ nifrət oyatdıblar. Odur ki, onların hər biri haqqında, baxdığı işimlə bağlı geniş yazacam...
Bu hakimlərin məndə məhkəmə sisteminə formalaşan düşüncəmi necə alt - üst etdiyin, məhkəmələri mənim düşüncəmdə necə formalaşdırdığların yazım...
Daha doğrusu bu hakimlər, hakimlərin baxdığı işlər haqqında qanunla qorunan hüquqlarım barədə şəxsən Sizə, ölkənin birinci vitse prezidentinə, Ədliyyə naziri, Məhkəmə - Hüquq şurasının sədrinə, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə dəfələrlə, aşağdakı çılpağlığıyla yazmışam...
Yəni, bu birbaşa Sizin səlahiyyətnizdə də olsa, mən hələ o vaxt mərhələli, mərtəbəli, pilləli məhkəmə sisteminin yaranmasına ironiyayla yanaşdım. Çünki qanun, hüquq olan yerdə buna ehtiyac duymurdum. Deməli bizdə qanun, hüquq yox vəziyyətdədir ki, insanların vaxtın əllərindən alıb, süründürməçiliyə salmaq ən gözəl gedişdir. Hələ o vaxt, bu qərar veriləndə, özlüyümdə gülüb, rəhmətlik korifey sənətkar Nəsibə xanım Zeynalovanın yaratdığı "Qaynana" filmindəki bir kadr, epizod gözlərim qarşısına gəldi. "Ağza ureyyy" - deyib qol götürüb oynayanda gözü rəhmətlik həyat yoldaşı məşədi Kazımın divardan asılmış şəklinə sataşır, qaynana özün yığışdırır. Amma bu adların yuxarda çəkdiyim, qeyd etdiyim hakimlər, başları üzərində Sizin, mərhum prezident H. Əliyevin şəkilin asıb, özlərin yığışdırmaq əvəzinə, gerbimiz altında AZƏRBAYCAN RESPUBLİKASI adından qanunsuz, sifarişlərlə qətnamə çıxarır. Həttda bu mərhəli, mərtəbəli, pilləli məhkəmə sistemi yaradılanda ilk yadıma düşən həmdə Məmmədhəsən əmi oldu. Dedim kaş Məmmədhəsən əmi indi yaşayaydı. Məmmədhəsən əminin eşşəyin rayon mərkəzinə aparıb satmaq niyətində olan və aldadaraq eşşəyi alaraq aparıb satan Xudayar bəyi, hələ uşağına, tifilinə "küçük" - deyib bir sillə vurmasına baxmayaraq Məmmədhəsən əmi, Xudayar bəyi eşşəyin aparıb satdığına görə verərdi yerli məhkəməyə. Yerli məhkəməyə "xod" tapan Xudayar bəyin xeyrinə, ədalətsiz qərar çıxarardı, Məmmədhəsən əmi verərdi Apellyasiya məhkəməsinə. Orda da qərəzli qərar çıxarardı, Məmmədhəsən əmi vəkillər kollegiyasının üzvü olan vəkil tapıb verərdi Ali Məhkəməyə. Bu vaxta qədərdə ya eşşək ölərdi ya Məmmədhəsən əmi bezərdi...
BƏLİ BU MƏNİM MƏHKƏMƏLƏRMİZ HAQQINDA GƏLDİYİM QƏNAƏTDİR..
- NƏ VAXTA QƏDƏR YUXARDAKI ADLARIN QEYD ETDİYİM HAKİMLƏR KİMİ HAKİMLƏRİN BAXDIĞI İŞLƏRDƏ YARADILAN PROBLEMLƏRİ----
- XOŞQƏDƏM HİDAYYƏTQIZI, AMİL XƏLİL, ZAUR BAXŞƏLİYEV, ELGİZ, AFƏT RAHİLQIZILAR VERLİŞLƏRDƏ ÇÖZƏCƏK...?
ONDA BU VERLİŞLƏR, MƏHKƏMƏLƏRİN HANSI MƏRHƏLƏSİDİR...?
- ƏGƏR HAKİM SİFARİŞLƏ ƏDALƏTSİZ QƏRAR ÇIXARDIRSA, BU HANSISA VƏTƏNDAŞLARIN HÜQUQUN POZMAQ DEMƏKDİRSƏ, ONA, HAKİMƏ GÖSTƏRİLƏN ETİMADA HÖRMƏTSİZLİK DEMƏK DEYİLMİ...?
- BİZDƏ AĞZI KÖPÜKLƏNƏ - KÖPÜKLƏNƏ HÜQUQDAN, İSLAHATLARDAN DANIŞANLARA BİR XATIRLATMA ETMƏK İSTƏYİRƏM...
- BƏLİ İSLAHATA OXŞAR BİR ŞEY VAR.
BÜTÜN MƏHKƏMƏ BİNALARI MÜASİR ÜSLUBDA, ŞƏXSİ MÜLKİYYƏTLƏRİ KİMİ TƏMİR ETDİRİLİB VƏ YENİSİ TİKİLİB. BƏYƏM BU VƏ MƏHKƏMƏ BİNALARININ FOYESİNDƏ QOYULAN ŞƏFFAF SEÇKİ QUTUSUNA MƏMNUNLUQ MƏKTUBLARI ATDIRMAĞI İSLAHAT SAYMAQ OLAR...?
İmza: E. S. Comərdov.
Digər xəbərlər: