Sosial
Bakı-Sumqayıt yolu avto qəza: Müraciət.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti MEHRİBAN xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasının Prezidentin Administrasiyasının rəhbəri Samir Nuriyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Prezidentin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənabına.
Surəti : Azərbaycan Respublikasının Daxil İşlər Naziri Vilayət Eyvazov cənabına.
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Surəti : "Xalq Sığorta" Şirkətinin Direktorlar Şurasının sədri Asim Məmmədli cənabına.
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Səbinə xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasında fəaliyyət göstərən KİV rəhbərlərinə.
Saatlı rayonunun Qara Nuru kənd sakini, Abşeron rayonun Ceyranbatan qəsəbəsində yaşayan, təqaüdçü Abıyev Çingiz Əzizulla oğlu tərəfindən
Əlaqə tele :(050) 352-66-36: (070)540-50-63
MÜRACİƏT
Hörmətli Prezident !
Çox hörmətli Mehriban xanım !
Hörmətli Vilayət müəllim !
Hörmətli Kamran müəllim!
Hörmətli Asim müəllim !
Mən, artıq üçüncü müraciətimdi Sizə ünvanlayıb, hər birinizdən pozulmuş hüququmun bərpa edilməsini xahiş edirəm. Müraciətimdə Sizin hər birinizdən müraciətimin tərəfnizdən nəzarətə götrülüb, araşdırılıb, mənə düzgün məlumat verilməsini dəfələrlə rica etmişəm...
Amma, çox əfsuslar olsun ki, hadisə zamanı, əməkdaşları tərəfindən pozulan hüquqlarımı, müraciətimə baxan tərəf bir daha pozub, cinayyət əməli törədir, qanunlarla qorunan hüquqlarımı tüpürüb, ayaqlar altına atırlır. Təsəvvür edin ki, bundan əvvəlki iki müraciətimə, bu üç ayda rəsmi, yazlı cavab hələki verməyiblər. Əvəzinə mənə zəng edib, nə isə izah etməyə cəhd edirlər. Bütün bunlardan görünən odur ki, mənə qarşı edilmiş cinayət xarakterli qanun pozuntusunu ört-basdır etsinlər. Gətirdiyim dəlillərdəndə, görünür ki iş, adamın, adamı prinsipindən aparılır...
Hörmətli Prezident !
Çox hörmətli Mehriban xanım !
Hörmətli Samir müəllim !
Hörmətli Fuad müəllim !
Hörmətli Vilayət müəllim !
Hörmətli Kamran müəllim !
Hörmətli Asim müəllim !
Hörmətli Səbinə xanım !
Hörmətli KİV rəhbərləri !
Mən, Sizə tam səmimi bir daha deyirəm.
ƏGƏR BU HADİSƏDƏ, ZƏRRƏCƏ GÜNAHIM OLSAYDI, ALDADILDIĞIM ƏVVƏLCƏDƏN MƏNƏ İZAH EDİLSƏYDİ, BÜTÜN DÜZÜB - QOŞDUQLARINA VARMADAN, BU İŞİN ÜZƏRİNƏ GETMƏZDİM...
HADİSƏDƏ ZƏRRƏCƏ GÜNAHIM OLMAYA- OLMAYA, GÜNAHKAR ÇIXARILMAĞIM VƏ BU AZMIŞ KİMİ ALDADILMAĞIM MƏNİM BU İŞİN ÜZƏRİNƏ GETMƏYİMƏ GƏTRİB ÇIXARTDI...
VƏ NƏTİCƏDƏ EDİLƏN ZƏNGLƏRDƏN GÖRDÜM Kİ, BUNLAR BU İŞƏ QANUNU TƏRƏFDƏN YOX, MƏNİ SUSDURMAQ MƏQSƏDİ GÜDÜRLƏR...
ODUR Kİ, BİR DAHA SİZDƏN XAHİŞ EDİRƏM, BU İŞ CİDDİ NƏZARƏTƏ GÖTRÜLSÜN, GÜNAHKARLAR LAİQLİ CƏZALARIN ALSIN...
HÖRMƏTLİ CƏNABLAR !!!!
Belə ki mən, oktyabr ayının 2-də, FORD TOURNEO markalı, 90 TN 623 dövlət nişanlı minik avtomabilimlə, Bakı - Quba yolunun 26,5 km - də, Sumqayıtdan Bakı istqamətində gələrkən, yaşadığım Abşeron rayonu Ceyranbatan qəsəbəsinə dönən zamanda, yəni idarə etdiyim minik maşınımın 4 təkərinin 3-ü torpaq yolda ( yəni, magistral asfalt yoldan çıxan zaman) arxadan, 20 metrədən çox sürüşərək, tormoz əyləcinin vahiməli səsi ilə, piyada keçidinin 4 metrəliyində, arxadan sağ tərəfdən, maşınıma zərblə bir maşın çırpıldı. Bu zaman idarə etdiyim maşın 5 metrə yaxın zərbdən tullandı və əks istiqamətə çevrildi. Ani, bu baş verən zərbədən özümü itirdim. Və anlaqsız vəziyyətə düşdüm. Elə - beləcədə, haradasa bir neçə dəqiqəlik maşının sükanı arxasında oturmuş vəziyyətdə qaldım.
Lap hansı bir vəziyyətdə olur-olsun, orada mənim günahım ola bilməzdi. Odur ki, anlaqsız vəziyyətdə yerə düşüb nə baş verdiyini öyrənim, necə olduğunu bilim, nə qədər maşınım əzildiyin görüm. Hadisəni törədən yanıma gəlib and-aman edib, hər şeyi düzüb qoşacağına söz verdi. Mənə dəymiş ziyanı sığortadan alıb ödəyəcəyinə söz verdi.
Elə bu zaman hadisəni törədən maşın sahibinin zəngindən sonra bir nəfər Daxili Qoşunların zabiti gəlib, hadisə yerinə baxıb orada olan, bu işi sənədləşdirən polis əməkdaşının qoluna girib, bir xeyli hadisə yerindən uzaqlaşdırıb, danışa - danışa getdilər. Sonra həmin çağrılmamış, AA seriyalı maşında gələn, oradakıların dediyindən anladığım, Daxili Qoşunlarının zabiti, hadisəni torədənə əl edib, narahat olmamasını bildirib, tələsik gəldiyi maşına minib getdi. Bundan sonra hadisə yerinə, hadisəni törədənin yaxını olan bir qazi də gəldi. Dövlət yol polisinin əməkdaşıda ölçüb, biçib yazdı. Hadisəni törədən sürücü mənim sığortamın olduğun bilib, təkrarən sığortadan pul alıb, maşınma dəymiş ziyanı ödəyəcəyinə söz verdi. Amma bunlar mənim üçün bu yandanda qanunu pozub, bu işi öz xeyirlərinə düzüb qoşacaqlarını belə mən düşünmədim. Günah qarşı tərəfdə olsa da, onun maşını mənim maşınma nisbətdə çox əzilib deyə çox dirəniş göstərmədim. Dedim insanıq, söz veriblər, yəqin edərlər. Odur ki, nə yazılmaqına, necə yazılmaqından xəbər tutmadan razılığa gəldim. Bir neçə gündən sonra isə hadisəni törədən mənimlə razılığa gələn danışığına əməl etmədi. Sığortaya dedim, dedi sən özün get maşnını düzəltdir. Haradasa mənim maşınıma 1200 (bir min iki yüz) manat ziyan dəymişdi. Yəni o xərcə düzəltdirmək olardı.
İNDİ ÖZÜMÜ ALDADILMIŞ VƏZİYYƏTDƏ HİSS EDİRƏM.
Bu nə cür qanundu?
Birinin qohumu harada işləyir, ya qazi gətirir, onda düzüb qoşub, istədiklərin etməlidirlərmi? Odur ki, sizdən xahiş edirəm bu məsələ tərəfnizdən nəzarətə götrülsün, ciddi araşdırılsın, lap yenidən hadisə yerinə baxış keçrilsin. Ekspertiza təyin edilsin...
MƏN NİYƏ ALDADILIRAM ?
Mənə dəymiş ziyanı kim ödəməlidir?
CƏNABLAR !!!!
BU MƏSƏLƏ İLƏ ƏLAQƏDAR MƏNƏ, DİN - nin, DYP - nin BİR ƏMƏKDAŞI ZƏNG ETMİŞDİ. DEYƏSƏN HADİSƏ YERİNDƏN ÇƏKİLƏN ŞƏKİLLƏRİ KƏLLƏ - MAYALLAQ QARŞISINA QOYUB DANIŞIRDI. DEDİYİNİ GAH TƏKZİB EDİR, GAH MƏNİM BU İŞDƏN BAŞIM ÇIXMADIĞINI, HADİSƏNİ PEŞƏKAR MÜTƏXƏSSİSLƏRİ DƏYƏRLƏNDİRDİYİN NƏZƏRİMƏ ÇATDIRIRDI...
Bundan sonra mən böyük bir ah çəkdim. Gör kimlər peşəkar mütəxəssis sayılır.. ?
İndi mən, ötən müraciətimdən sonra mənə edilən zənglərlər zamanı tərəflərin rəsmi şəxslərin kəllə-mayallaq danışıqlarına, hadisənin necə baş verdiyinə aydınlıq gətirim.
Mən, yuxarda göstərdiyim dövlət nömrə nişanlı şəxsi avtomabilimdə "BAKI - SUMQAYIT" istiqamətində gəlirdim. Yol nişanının tələbinə uyğun ( bunun hadisəyə dəxli olmasa belə) dönüb, "SUMQAYIT - BAKI" istiqamətinə çıxıb, yaşadığm Ceyranbatan qəsəbısinə, evimə gedirdim. Yəni Sumqayıtdan Bakı istiqamətində hərəkət yolunda. Yol nişanının tələbinə uyğun dönməni edib, iki yarım yol ayrıcı bardor boyu gəlib, üç zolaqlı yolun, ikizolaqlıya çıxışından sonra, qəsəbəyə girən yola dönüş vəziyyətinə döndüyüm, yəni maşınımın 4 təkırinin 3 artıq torpaq yolda olanda, arxadan böyük sürətlə, 20 metrdən çox əyləcin çıxartdığı vahiməli səslə gələn maşın, mənim sağa dönmüş vəziyyətdə, yolun tam sağında, mənim maşınımın sağ tərəfdən maşınma çırpıldı. Hansı ki, həmin magistral yolun, mən çıxandan, dönəndən sonra, iki zolaq boş idi. Yəni o hadisəni törədən maşın mənim maşnımın sol tərəfindən vursaydı, anlamaq olardıki, mən yoldan tam çıxmamışam, yada hərəkətdə olan maşına yol verməmişəm. Bu elə tam sübut edir ki, hadisəni törədən maşın böyük sürətlə gəlib, asfalt üzərində tormozun sürtünməsidə bunu təsdiqləyir. Sürəti yığışdıra bilməyib, idarəetməni itirib, hətda yola çıxıb, yol kənarında dayanmış, hərəkətsiz mənim maşınımın sağından çırpılıb. Həmin maşınında sağından əzildiyi, şəkildə aydın görünür...
DYP-nin mənə zəng edən əməkdaşı isə, özün biyabır etməkdən başqa, yaddaşımda başqa təssürat yaratmadı. Bilmirəm şəkilləri qarşısına tərsinə qoymuşdu, yoxsa elə təlimat almışdı ( səs yazısı durur məndə) bilmirəm. Ancaq özlərin savadlı, pafosla mütəxəssis kimi göstırməsi, guya bizim savadsız olmağmızı qabartması yəqin ki, yuxardakı izahımdan sonra onu düşündürəcək.
HÖRMƏTLİ CƏNABLAR !!!!
Bir məsələni sizlərin diqqətinə xüsusi olaraq çatdırmaq istəyirəm.
Dünən, yanvar ayının 11 də, özünü baş polis idarəsinin(yol polisi, yoxsa haranın.?) Xanməmmədov Azər adlı əməkdaşı zəng edib, - "hara istəyirsən, yaz, kimə istəyirsən şikayət et."-deməsi məndə acı təccüb doğurdu. Niyə...?
Bu vətəndaş olaraq mənə qarşı hörmətsizlik idisə, birbaşa sizə qarşı saymamazlıq, həqarət, təhqir idi. Çünki, vətəndaş pozulmuş hüququn bərpa etmək üçün, prezidentə və sizlərə müraciət edir. Deməli ya ölkəni qanunlarla yox, hərki-hərkiyə idarə edirsiniz, heç bir işçinin də heç prezidenti qarşıq hörməti, ehtiramı yoxdu. Bunun başqa anlamı varsa siz izah edin.
P. S. "XALQ SIĞORTA" nın mənə göndərdiyi məktubda, hadisəni törədın barədə bəzi məlumatlara diqqət yetirəndə, mənə maraq güc gəldi.
Başqasının adına olan avtonəqliyyat, taksi fəaliyəti üçün, hadisəni törədənə icarəyə verilib...?????
Adətən belə maşınlar, texniki təhlükəzlik baxışından vaxtında keçmirlər...
O şəxsin, etibarnaməsi və ya sürücülük hüququnun varlığı məndə şübhə yaratdı...
İnanıram ki, bütün bu şübhəli məqamlarda aydınlaşdırılacaq...
Odur ki, sizin ədalətnizə inanıb, cavab gözləyəyirəm.
Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörmətlə : Abıyev. Ç. Ə.
Daha çox xəbər:
“POLEKS MMC” şikayət
Prezidenti İlham Əliyev - MÜRACİƏT
Prezident Əli Əsədovu daha bir yüksək vəzifəyə təyin etdi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Azərbaycanda bu ali rütbəni yalnız onlar daşıyır - SİYAHI
Bakı-Tbilisi-Bakı qatarının sürəti 160 km/saata kimi artdı - VİDEO
Azərbaycan Prezidenti slovakiyalı həmkarına məktub yazdı
YAP İdarə Heyətinin iclası başladı - deputatlığa namizədlər müəyyənləşəcək
Dağıstan Respublikası Xalq Məclisinin sədri Mehriban Əliyevanı təbrik etdi
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı